Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Bu xüsusi, ayrıca istiqamət olacaq. Mərkəzi Bank maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində minimum tələbləri təmin edərək sektorun təhlükəsiz və davamlı çalışmasını gözləyir”, - T.Kazımov qeyd edib.

AMB-nin Baş direktoru Fərid Osmanov isə bildirib ki, kibertəhlükəsizlik qurumun diqqət mərkəzindədir: "Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk. IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək".

Xatırladaq ki, Dünya Bankı Qrupunun üzvü olan IFC, fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı ilə 2020-ci ilin avqust ayında müqavilə imzalayıb. IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyir. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyir və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradıb.

pia.az 


Etiket: Taleh Kazımov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar