Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Azərbaycanda kiminsə Rusiyanı müdafiə etməsinə inanmıram” - Aslan İsmayılov

“Bu gün kiminsə Azərbaycanda yaşayıb mənəvi, ideoloji, yaxud hansısa digər dəyərlərə görə Rusiyanı müdafiə etməsinə inanmıram. Bunu ancaq Rusiyanın bəlkə yenidən qayıdacağını düşünüb faydalanmaq istəyənlər edirlər. Doğrudur ki, Rusiya ən ağır dönəmlərdən də həmişə qalib çıxıb. 1812-ci ildə Moskvanı yaradan Napoleonun Rusiyaya məğlub olacağını heç kim düşünmürdü. Eyni vəziyyət 1900-cu ilin əvvəllərində də oldu. Birinci dünya müharibəsində biabırçı məğlubiyyətə uğrayan Rusiyada inqilablar başladı. 1919-cu ildə Şimalda Vrangel, Cənubda Denikin, şərqdə Yudeniç həm bir-biriləri ilə, həm də hər üçü bolşeviklərlə mübarizə aparırdı. 1919-cu il Paris konfransında dünya liderlərinin əsas məqsədi Rusiyanın param-parça olmasına yol verməmək idi. Ancaq Rusiya nəinki özünü toparladı, həm də artıq 1922-ci ildə öz torpaqlarını əhəmiyyətli dərəcədə artırıb SSRİ-ni qurdu. 1941-ci ildə Hitler Moskvanın divarlarına yaxınlaşdı. Yenə hamı Rusiyanın parçalanacağını düşünürdü. Ancaq SSRİ toparlandı və nəinki öz torpaqlarını azad etdi, həm də Avropanın Şərqini də qamarladı. İndi bir çoxları yenə elə düşünür və bu zaman çox vacib olan bir amili yaddan çıxarırlar. O dəfələrin hamısında Rusiya Qərb dövlətləri ilə əməkdaşlıq hesabına vəziyyətlərdən qalib çıxmışdı. Xüsusilə, 1941-45-ci illər əgər ABŞ və İngiltərə ikinci cəbhəni açmasaydı və Rusiyanın bütün maddi, texniki ehtiyaclarını təmin etməsə Rusiya heç 100 milyon insan canı hesabına da qalib ola bilməzdi. Nəzərə alın ki, o zaman məğlub faşist Almaniyası 6, qalib Sovet isə 27 milyon itki vermişdi”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

“Bu dəfə isə həna başqa hənadır. Dünyanın bütün gücləri Rusiyanın əleyhinədir və Ukraynaya yardım edirlər və getdikcə bu yardımı gücləndirəcəklər. Bəzilərinin Çinə arxayın olmaları da əbəsdir. Çinə məhz məğlub Rusiya lazımdır ki, onu öz maraqları üçün istifadə etsin. Bu dəfə Rusiyanın acı məğlubiyyəti qaçılmazdır. Ona görə gec deyilkən heç kim "bəlkə qayıtdılar" barədə düşünməsin və Azərbaycanın maraqlarına qulluq etsinlər” – A.İsmayılov qeyd edib.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

DTX-dan Gömrük Komitəsində daha bir əməliyyat - Saxlanılanlar var

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib - Yenilənib

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Ən çox oxunanalar