Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalının vaxtı məlum olub

Bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.

Qeyd edilir ki, “Texnofest-2022”-in “texnologiya müsabiqələri”nə müraciətlər başlayıb. Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu saytda müsabiqələr keçiriləcək.

Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.

Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb. "Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq”, - festivalın tiviterdəki səhifəsində qeyd edilib.

"Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub. "Texnofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar