Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda "Instagram" istifadəçiləri fırıldaqçılığa məruz qalıb

Azərbaycandakı “Instagram” sosial şəbəkəsinin istifadəçiləri “Skam” adlandırılan onlayn fırıldaqçılıq sxeminə məruz qalıb.

“APA-Economics” “Kaspersky” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, söhbət fırıldaqçılar tərəfindən yaradılan saxta “Instagram” səhifələrindən gedir ki, onların vasitəsilə istifadəçilərə guya iştirak etdikləri kampaniyada qalib olduqları bildirilir və mükafatın çatdırılması üçün bank hesabına pul köçürmələri tələb olunur.

Bu halda köçürülən məbləğ fırıldaqçılara gedir, qurban isə heç nə almır. İstifadəçilər bank kartının məlumatlarını daxil edərsə, bu məlumatları riskə atmış olarlar.

“Skam” sxemi əksər hallarda böyük şirkətlərin adından anket və ya aksiyalar kimi qələmə verilir. Bundan əlavə, fırıldaqçılar məşhurların qazandığı lotereyaları təqlid edirlər. Eyni zamanda, fırıldaqçılar son vaxtlar fəaliyyətlərinin miqyasını genişləndiriblər: indi e-poçtdan başqa bir çox digər platformadan da istifadə edirlər: sosial şəbəkələr, video xidmətlər, bloqlar və s.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar