Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilib - Fotolar

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, "Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilib.

PİA.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, tədbir Xaçmaz şəhərindəki “Zəfər” parkında təşkil olunub.

Festivalda nazirlik nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkət əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib. Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35%-i, istehsal olunan gilasın isə 42%-i Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21% çox, yəni 97 sentner təşkil edib. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardan biri sayılır. Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Məhz bu səbəbdən Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir əldə edirlər.

Məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir. Bu səbəbdən müasir intensiv bağların salınması dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiyalar ayrılır. İntensiv gilas bağları salan fermerlərə, sahibkarlara ilk 4 il ərzində hər hektara görə 730 manat, sonrakı illərdə isə 250 manat subsidiya ödənilir. Eyni zamanda, bağlarda quraşdırılan müasir suvarma sistemlərinin dəyərinin 40%-ni dövlət ödəyir. Bu dəstək tədbirləri fermerləri müasir bağlar, o cümlədən gilas bağları salmağa həvəsləndirir. Nəticədə məhsul istehsalı artır, ixracat artır, gəlirlər çoxalır. Dövlət bu səbəbdən meyvə bağlarının salınmasına dəstək tədbirlərini gələcəkdə də davam etdirəcək.

Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimalarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar. Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar