Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilin dəhşətli qətlləri – Siyahı

Azərbaycanda 2018-ci ildə dəhşətli qətl hadisələri baş verib

İl ərzində kifayət qədər tükürpədici cinayət hadisələrinin qeydə alınması cəmiyyətin aqressivləşməsinin göstəricisidir. Müşahidələr zamanı hadisələrin əksəriyyətinin namus üstündə baş verdiyi məlum olsa da, bəzi qətllərin baş vermə səbəbi hələ də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Bəzi ağır cinayətlərin üstü açılsa da, bəzilərinin səbəbləri hələ də müəmmalı olaraq qalır.

A24.az 2018-ci il ərzində Azərbaycanda baş verən ən dəhşətli kriminal hadisələrin qısa siyahısını təqdim edir:

Gənc xanəndələrin dəhşətli ölümü – Bu ilin yay aylarında Bərdə rayonunda gənc xanəndələr olan Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzasında dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Daha sonra isə onlardan birin intihar etdiyi bildirilsə də, istintaq yekunu olaraq hadisənin əsl motivləri üzə çıxıb. Belə ki, Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub. Qəzaya düşən “Mercedes” markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi N.Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib. M.Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb. Sonradan hadisənin təfərrüatları da məlum olub. Belə ki, iyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.

Xanəndələr

Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Çöldə səs küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifiin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb. Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli “Spais” dərmanı qəbul ediblər. İlkin araşdırmalara görə, N.Hüseynov dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb isə qısqanclıq olub. Belə ki, sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

Gəncədə polislərin qətli – 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirən polis əməkdaşları – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov öldürülüb. Polislər kəsici-deşici alətlərin zərbələri nəticəsində qətlə yetiriliblər.

Gəncədə öldürülən polislər

Cəlilabadda ana və qızının dəhşətli ölümü – Avqust ayında Cəlilabad rayonunda ana və qızı xüsusi amansızlıqla qətlə yetirilib. Rayonun Ocaqlı kəndində baş verən hadisə zamanı kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova həmkəndliləri, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər. Hadisədən bir neçə gün sonra Y.Bayramov Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Etimad İsmayılovun öldürülməsi – Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. O, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Hadisə zamanı yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. İlkin ehtimala görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan E.İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Dava zamanı G.Dəmirov E.İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb. Hadisəni törədən keçmiş polis rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov sentyabrın 19-dan 20-nə keçən gecə Beşiktaşda tutulub. E.İsmayılovun meyiti isə Bakıya gətirilərək Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Etimad İsmayılovƏmisinin gəlini ilə eşq yaşayan oğlanın ölümü – Quba rayonunda əmisinin gəlini ilə eşq yaşayan 26 yaşlı Elşad Əsədov xüsusi amansızlıqla öldürülüb. Belə ki, E. Həsənov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı, iki uşaq anası Aynur Əsədova ilə sevgili olub. Daha sonra sevgililər qoşularaq qaçıblar. E.Həsənov bir neçə gün sonra əmisi oğlanları tərəfindən tapılıb döyülərək öldürülüb.

Şabranda cınçıxaranların gənc oğlanı öldürməsi – Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanov Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov tərəfindən cinçıxarma adı ilə xüsusi amansızlıqla öldürülüb. Onlar gənc oğlanı döyərək öldürüblər.

cinçıxaranlar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar