Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda hava şəraiti dəyişəcək, külək əsəcək, qar yağacaq

"Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir: “Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.

U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: “Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi - Qalmaqal

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası necə tətbiq olunacaq? - Açıqlama

Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Son sutkada 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Ötən il dövlət büdcəsinin kəsiri proqnozdan 67 % az olub

Tahir Kərimli Rəsulzadənin qəbrini ziyarət etdi

Ən çox oxunanalar