Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda gündəlik minimum yemək xərci 4,1 manat müəyyənləşdirilib

Azərbaycanda vətəndaşların yoxsul hesab edilmələri üçün rəsmi təsdiqlənən minimum yaşayış normalarının üçüncü dünya ölkələri səviyyəsində olduğu barədə müxtəlif ekspertlər dəfələrlə yazıb.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu məsələdə problem təkcə yoxsullar üçün nəzərdə tutulmuş istehlak səbətlərinin Azərbaycanda daha da "yoxsullaşdırılması" ilə bitmir.

Ekspert bildirib ki, nə səbəbdənsə yaşayış minimumunun dəyəri ümumi təsdiqlənir - halbuki o, 3 səbətdən (ərzaq, xidmət və qeyri-ərzaq səbətləri) formalaşır:

"Qanunla bu səbətlərin hər birinin dəyərinin ayrıca təsdiqlənməsi vacibdir. Çünki ərzaq səbətinin dəyəri həm də aclıq həddini müəyyən etmək üçün istifadə edilir. Rəsmi məlumat olmadığı üçün özümüz kobud bir hesablama apara bilərik: rəsmi statistika pərakəndə əmtəə şəbəkəsində ev təsərrüfatlarının alışlarının təxminən 60 faizinin ərzağa xərcləndiyini bildirir. Bu rəqəmdən çıxış etsək, hazırda qüvvədə olan yaşayış minimumunun (ölkə üzrə ümumi 210 manat) dəyərinin 126 manatının ərzaq səbətinə aid olduğunu demək olar.

Xidmət normativləri və onların tarifləri rəsmi təsdiqləndiyi üçün bu səbəti də hesablamaq olar. Məsələn, 1 nəfər üçün elektrik enerjisinin istehlakı 50 kv/saat və ya orta tarif 9 qəpiklə 4,5 manat, təbii qaz istehlakı 21 kub və ya orta tarif 17 qəpiklə 3,6 manat, su istehlakı 10 kub və ya 1 manat tariflə 10 manat, istilik enerjisi hər 12 kv/metr mənzil sahəsi üçün 1,8 manat, ictimai nəqliyyat hər ay orta hesabla 50 gediş olmaqla 0,3 manat tariflə 15 manat, rabitə xidmətləri ailədə adambaşına ayda 1 manat təşkil edir. Bu məbləğlərin cəmi 35 manat edir, əlavə olaraq, hökumətin təsdiqlədiyi qərara görə, digər xidmətlər (təhsil, səhiyyə və s.) üçün də yuxarıdakı xidmətlərin 15 faizi götürülməlidir - yəni təxminən 5 manat.

Nəticə etibarı ilə hökumətin normativlərinə görə, ən yoxsul vətəndaş üçün xidmət səbətinin aylıq dəyərinin təxminən 40 manat olduğu görünür. Xidmət və ərzaq səbətinin dəyəri 166 manatdırsa, deməli, yerdə qalan bütün zəruri qeyri-ərzaq malları üçün ayda 44 manat qalır. 126 manat ərzaq səbətinin dəyəri o deməkdir ki, yoxsulluq həddində yaşayan bir nəfərin gündəlik qida rasionu təxminən 4,1 manat təşkil etməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar