Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb” - Əli Əsədov səbəbini açıqladı

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq və dərman qiymətlərinin artmasının səbəbini açıqlayıb

PİA.az-ın məlumatına əsasən, baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb. 

“Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, - deyə o əlavə edib. 

Dərman vasitələrinin bahalaşmasına gəlincə, Əli Əsədov deyib ki, ölkədə son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. 

“Bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Ona görə də, bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Onu da deməliyəm ki, Azərbaycanda həyati vacib əhəmiyyətli dərmanların təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur. Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər öz ehtiyacları üçün lazım olan miqdarda dərman vasitələrini ölkəyə gətirə bilərlər”, - deyə baş nazir bildirib.

pia.az 


Etiket: Ərzaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar