Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda çörəyin qiymətinin qalxması nə qədər labüddür və bunun üçün səbəb varmı?

Kimlərsə çörəyin qiymətinin artımı üzərində manipulyasiya etməyə çalışmırmı?..

İqtisadçı-ekspert: “Çörəyin qiymət artımı üzərində manipulyasiyadan söhbət getmir”.

Azərbaycanın stabil şəkildə Rusiyadan taxıl idxal etməsi o demək deyil ki, köhnə qiymətlərlə alış-veriş olur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda çörəyin qiymətinin artması ilə bağlı son günlər yayılan məlutamatları PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi hazırda dünya bazarında buğda qiymətləri son on ilin ən yüksək göstəricisidir. Maraqlıdır ki, son on il ərzində dünya üzrə buğda istehsalında 10 faizə qədər artım müşahidə edilsə də paralel olaraq buğdanın qiymətində də artım müşahidə edilir. Çikaqo əmtəə birjasının məlumatlarına görə, buğda fyuçersləri hazırda rekord səviyyəyə qalxıb və yüksəlməkdədə davam edir.

Azərbaycanın illik buğda tələbatı isə təxminən 3,5 milyon tondur. Amma təəssüf ki, daxili təlabatın böyük bir hissəsi idxal hesabına ödənilir. Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Rusiya isə hazırda Ukrayna ilə müharibə, ölkə miqyasında quraqlıq riski və digər səbəblərdən xarici ölkələrə buğda ixracını məhdudlaşdırıb. Qazaxıstan da Rusiya kimi bənzər bir siyasət izləyir.

Rusiyanın quraqlıqla bağlı iddialarına baxmayaraq bu ölkənin Kənd Təsrrüfatı Nazirliyi ötən həftə bildirib ki, bu il Rusiyadarekord səviyyədə buğda tədarükü gözlənilir. İstanbul sazişinə əsasən Ukrayna da son həftələr buğda ixracına başladığına görə dünya qida bazarında sabitləşmə prosesi başlayıb. Mütəxəssilər payıza doğru taxılı qiymətinin aşağı düşəcəyini proqnozlaşdırırlar.

Dünya qida bazarında baş verən proseslərin fonunda son günlər Azərbaycanda da çörəyin qiymətinin artması ilə bağlı məlutamatların yayılması artır və bu məlumatlar əsasən iqtisadçılar tərəfindən yayımlanır. Artıq demək olar ki, dünyada taxıl böhranı nisbətən aradan qalxıb. Digər tərəfdən Azərbaycan stabil şəkildə Rusiyadan taxıl idxal edir.

Bəs hazırkı vəziyyətdə çörəyin qiymətinin qalxması üçün iqtisadi səbəblər mövcuddurmu və kimlərsə dayanmadan çörəyin qiymətinin qalxmasını proqnozlaşdıraraq qiymət artımı üzərində manipulyasiya etməyə çalışmırmı?

Ölkədə çörəyin qiymətinin qalxacağı ilə bağlı xəbərləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Gömrük Komitəsinin rəsmi rəqəmləri də göstərir ki, ilin əvvəlinə nisbətən son aylarda alınan taxılın hər tonunun qiymətində 100 dollar bahalaşma var”.

Azərbaycanın cəmi 25 faiz öz taxıl ehtiyaclarını ödədiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, ölkəmizin qida təhlükəsizliyinin qarşısında duran əsas problemlərdən biri də budur:

“Çörəyin qiymət artımı üzərində manipulyasiyadan söhbət getmir. Gömrük Komitəsinin rəsmi rəqəmləri də göstərir ki, ilin əvvəlinə nisbətən son aylarda alınan taxılın hər tonunun qiymətində 100 dollar bahalaşma var. Yəni faktiki olaraq Azərbaycan dünya ölkələri kimi taxılı baha qiymətə alır. Azərbaycanın stabil şəkildə Rusiyadan taxıl idxal etməsi o demək deyil ki, köhnə qiymətlərlə alış-veriş olur.

Azərbaycanın Qazaxıstandan və Rusiyadan aldığı taxılın qiyməti 100 dollar bahalaşıb. Amma əsas problem bu deyil. Problem odur ki, Azərbaycandakı daxili istehsal cəmi 25 faiz öz taxıl ehtiyaclarını ödəyə bilir. Ölkəmizin qida təhlükəsizliyinin qarşısında duran əsas problemlərdən biri də budur. Biz bu problemin üzərinə düşməliyik.

Azərbaycan heç olmasa, 70-80 faiz özü-özünü buğda ilə təmin etməlidir. Bu baş verməsə, indi olduğu kimi gələcəkdə də, xarici qiymət dəyişikliklərindən doğan vəziyyətlə üzü-üzə qalacağıq”.

P. S. Problemlərdən biri də odur ki, dünya bazarında taxılın qiyməti aşağı düşdükdən sonra Azərbaycanda çörəyin qiyməti aşağı düşəcəkmi?..

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar