Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bağ mövsümü başlayır - Qiymətlər münasibdirmi?

Azərbaycanda bağ mövsümünün başlamasına sayılı günlər qalıbBir azdan havaların istiləşməsi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edəcək.

Söz yox ki, Bakıda yaşayanların az qisminin - imkanlı təqəbəsinin Abşeronda, dəniz kənarında və yaxud dənizə yaxın ərazilərdə həyət evi var. Bu cür əmlaka sahib olmayanlar isə bir qayda olaraq bağ evlərinin kirayəsi bazarına üz tutur, münasib qiymətə bir ay da olsa bağda yaşamağa çalışırlar. Bəs kirayə bazarında qiymətlər münasibdirmi?

“Report” bu suala cavab tapmaq üçün daşınmaz əmlak bazarı üzrə ekspertlərlə həmsöhbət olub.

“Kirayə bazarında rəqabət güclənib”

Onlardan biri, Elnur Azadov hesab edir ki, bu il bağların kirayə qiymətləri ötən illə müqayisədə aşağı olacaq:

“Son iki-üç ildə Azərbaycanda bağ evlərinin tikilməsinə xeyli investisiya qoyulub, iş adamları bu sahədə fəallıq göstəriblər. Son nəticədə kirayə bazarı bir ilə təxminən 10% böyüyüb və bazarda rəqabət güclənib. Odur ki, bu il qiymətlərin ötən illə müqayisədə aşağı olacağı gözlənilir”.

Bununla belə, onun fikrincə, hazırda torpaq sahəsi alıb, orada bağ evi tikmək sərfəli deyil:

“Ən yaxşısı - köhnə bağ evini alıb, onu təmir etməkdir. Çünki evin inşası hazırda baha başa gələr. Tikinti materiallarının qiymətləri azı 15-20% artıb. Hesab edirəm, yaxın illərdə bu sahəyə yatırım etmək sərfəli olmayacaq”.

Pandemiyanın səngiməsi bağ evlərinə tələbatı azaldıb

Digər ekspert Elnur Fərzəliyev isə deyir ki, bağ evlərinə tələbatın pik həddi koronavirus (COVID-19) pandemiyasının kəskin vaxtlarında olub, hazırda isə yoluxma ilə bağlı vəziyyət sabitləşdiyindən bağ evlərinə tələbat azalıb:

“Qapanmalar olanda, rayonlara gediş-gəliş olmayanda azacıq imkanı olan hər kəs bağ evi kirayə götürürdü. Həmin vaxt da kirayə qiymətləri fantastik dərəcədə artmışdı. İndi isə qiymətlərdə azalma müşahidə edilir, çünki əvvəlki kimi tələbat yoxdur.

Bağ mövsümündə evləri kirayəyə daha çox rieltorlar götürürlər, daha sonra özləri günlük və yaxud həftəlik kirayə verirlər və qazanc əldə edirlər”.

E.Fərzəliyev bağ evlərinin kirayə qiymətlərinin hansı intervalda dəyişdiyini də açıqlayıb:

“Günlük qiymətlər 70 manatdan 500 manata qədər, aylıq qiymətlər isə 500 manatdan 10 000 manata qədər dəyişir. Əvvəllər hər kəs istəyirdi ki, bağ dənizə yaxın olsun, yaşıllıq olsun. Dənizə çıxış da var idi. Hazırda isə dənizin ətrafı çox yerdə bağlıdır. Ümumiyyətlə, bağ evlərinin əksəriyyəti hər tərəfi hasar olan evlərdir. Əvvəl nəzərdə tutduğumuz bağ evlərindən söhbət gedə bilməz. Adi həyət evi sayılır. İnsanlar təbiət istəyir, buna görə də daha çox bölgələrə üz tuturlar. Bu gün bölgələrdə həyət evlərinin kirayə qiymətləri Bakıdakı bağ evlərinin kirayə qiymətlərinə yaxındır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar