Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə məcbur etdi

“Sığınacağa 3 qız uşağı qəbul etdik. Böyük qız digər bacılarının qoruyucusudur. Qızımız bildirir ki, atası bacılarına şiddət göstərdikdə hər zaman onları qorumağa çalışıb, lakin çox zaman bunu bacarmayıb. Güc tədbiq edərək spirtli içki içməyə məcbur edildiklərini də ağlayaraq dilə gətirib. Bundan əlavə atalarının qapı tutacağını dəfələrlə çıxarıb, onları soyuq otaqda gecələməyə məcbur edib”.

Bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi “Facebook” hesabında yazıb.

Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə danışıb.

M.Zeynalova qızların atasının zərərli vərdişlərin aludəçisi olduğunu deyib:

“Bu, ilkin məlumatdır. Uşaqların özləri psixoloqa deyiblər. Anaları da təsdiqləyib. Xanımın özünü də bu kimi işlərə vadar edirmiş. Səbəb ən zərərli vərdişlərə aludəçi olmasıdır”.

Mehriban Zeynalova qeyd edib ki, qızlar anası ilə birlikdə sığınacağa yerləşdirilib:

“Zorakılıq olan yerdə nəyinsə qarşısını almaq çətin olur. Adam hər dəfə zorakılıq edib. Etiraz etdikcə daha da şiddətli hal alır. Təbii ki, qarşısını almağa cəhd göstəriblər, lakin alınmayıb. Bu səbəbdən övladları ilə birlikdə evi tərk edib. Hazırda övladları ilə birlikdə sığınacaqdadırlar. Yerli qurumlar məsələni araşdırmalıdırlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar