Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 5 min üzvü olmayan partiyalar ləğv olunur

Ölkənin siyasi arenasında ciddi dəyişikliklərin edilməsi planlaşdırılır. Bunun üçün öncə qanunvericilik bazasının dəyişdiriləcəyi bildirilir.

Əəsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməzi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir.

Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Dəyişiklikdə isə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Qanuna edilən dəyişiklikdən sonra partiyaların yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Bu isə üzvlərinin sayı 5 mindən az olan partiyaların ləğv olunması, ya da bir neçəsinin birləşdirilməsinə səbəb olacaq.

Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.(unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar