Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 3 radio yayımçısına lisenziya verilib

Bu gün Audiovizual Şura növbəti iclasını keçirib...

Bu gün Audiovizual Şura növbəti iclasını keçirib. İclasda 3 (üç) ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.

Şuradan PİA.az-a verilən xəbərə görə, ilk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş mərizəsi və rəyi dinlənilib. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildiriblər.

İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunub və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.

 Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 90.7 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı "Lənkəran" RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı "Danaçı" RTYS-dan 90.9 MHs "Yurd FM" radio kanalının yayımı üçün "NHR" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 98.8 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı "Poylu" RTYS-dan 88.4 MHs radiotezlikləri "Bakı Hit FM" radio kanalının yayımı üçün "Bakı FM" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.3 MHs, Ağsu rayonundakı "Gülüstan" RTYS-dan 102.1 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 97.1 MHs, Quba rayonundakı "Dağlı" RTYS-dan 93.3 MHs radiotezlikləri "Bakı Retro FM" radio kanalının yayımı üçün "Retro FM" MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar