Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

Azərbaycanda 24 yaşlı gənc Zərbalı İsmayılov Göyçay rayonuna icra başçısı təyin olunması ilə bağlı prezidentə ərizə ilə müraciət edib...

Hüquqşünas: “Konstitusiya və qanunvericilikdə 18 yaşdan yuxarı şəxslər bir qayda olaraq dövlət qulluğunda işləyə bilərlər, deputat seçilə bilərlər... Yerli icra hakimiyyətində isə yaş məhdudiyyəti yoxdur. Bu da o deməkdir ki, bu şəxs o vəzifəni tuta bilər”.

Redaksiyamıza 24 yaşlı gənc Göyçay sakini İsmayılov Zərbalı Fəqan oğlu müraciət edərək bildirib ki, o, Göyçay rayonuna icra başçısı təyin olunması ilə bağlı prezidentə ərizə ünvanlayıb. Müraciətinə cavab olaraq Zərbalı İsmayılova bildirilib ki, Prezident Adminstrasiyası onun bu müraciətini və iddalı olmasını yüksək qiymətləndirir və alqışlayırlar. Hazırda gənclərin yüksək vəzifələrdə təmsil olunması da prezident İlham Əliyevin daxili siyasətinin ana xəttini təşkil edir. Lakin həyat və idarəetmə təcrübəsi az olduğuna görə onun bu istəyinə müsbət cavab verə bilmirlər.

24 yaşlı gənc isə aldığı cavabdan heç də məmnun qalmayıb. Çünki onun ərizəsinə cavab rəsmi qaydada Prezident Adminstrasiyasından gəlməyib. Sadəcə Göyçay rayon İcra Hakimiyyətindən iddialı gəncə zəng ediblər və Prezident Adminstrasiyası adından yuxarıda söylənilən sözləri çatdırıblar. Zərbəli İsmayılov isə deyir ki, onun ərizəsinə Prezidentin adından Adminstrasiya rəsmi cavab verilməliydi və əslində bununla Adminstrasiya ölkə qanunvericiliyini pozub.

Fotolar

Bundan başqa Zərbalı İsmayıov əmindir ki, o, 24 yaşında olmasına baxmayaraq, korrupsiya ittihamları ilə həbs olunan və yol verdikləri nöqsanlara görə vəzifədən alınan icra başçılarından daha yaxşı və səmərəli çalışardı.

Həmçinin Zərbəli İsmayılov PİA.az-a ünvanladığı müraciətində qeyd edir ki, əgər 24 yaş həyat və idarəetmə təcrübəsi üçün yetərli deyilsə, o zaman niyə qanunvericilikdə 18 yaşından yuxarı hər kəsin dövlət qulluğunda və istənilən vəzifədə təmsil olunması təsbit olunub? Axı qanunda həyat və idarəetmə təcrübəsi ilə bağlı heç bir müddəa yoxdur və orda sadəcə 18 yaşdan yuxarı qeyd olunub. Zərbalı İsmayılov bildirir ki, onun yaşda bir gənci vəzifəyə təyin edib etməməsi Prezidentin müstəsna səlahiyyətidir. Lakin qanunda yazılan 18 yaşdan yuxarı maddəsi gənc kadr üçün anlaşılmazdır.

Əslində bu məsələdə Zərbalı İsmayılova haqq vermək olar. Çünki həmin yaşda olan insanların həyat və idarəetmə təcrübələrini bir kənara qoysaq belə, ali savadlı olmaları mümkün olmadığı halda, hətta məsul vəzifələrə belə təyin olunması üçün 18 yaşdan yuxarı yaş senzinin qanunvericilikdə qeyd olunması nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas Əkrəm Həsənov ilə müzakirə edib.

Prezident Administrasiyasının gəncə cavabından belə çıxır ki, dövlət başçısı yerli icra hakimiyyəti başçılarını təyin edəndə məhz bu meyarı rəhbər tutur ki, bu adamın həyat təcrübəsi, idarəetmə təcrübəsi olmalıdır”.

Bütün rayonlar üzrə yerli icra hakimiyyəti başçılarının hamısının bir sıra yerli və ümumi meyarlara görə seçildiklərini diqqətəçatdıran hüquqşünas PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda vəzifəyə təyinat alan icra başçılarının hamısının bu vəzifədən əvvəl müəyyən həyat və idarəetmə təcrübəsi olub. Amma sabah istisnalar da ola bilər və ola bilsin ki, prezident daha gənc kadrlara etimad göstərsin. Bunun nüminəsi isə qonşu Gürcüstanda olub. Orda istər Saakaşvili zamanı, istərsə də ondan sonra ən yüksək vəzifələrə çox gənc insalnar təyinat alıblar, ya da seçiliblər:

“Konstitusiya və qanunvericilikdə 18 yaşdan yuxarı şəxslər bir qayda olaraq dövlət qulluğunda işləyə bilərlər, deputat seçilə bilərlər. Qeyd edim ki, bəzi vəzifələr üzrə yaş məhdudiyyəti var. Buna misal olaraq hakimləri deyə bilərəm ki, hakim işləmək üçün yaş məhdudiyyəti var.

Yerli icra hakimiyyətində isə yaş məhdudiyyəti yoxdur. Bu da o deməkdir ki, bu şəxs o vəzifəni tuta bilər. Amma bu o demək deyil ki, hər 18 yaşı tamam olan şəxs gəlib deyə bilər məni bu vəzifəyə təyin edin. Onu, vəzifəyə təyin edən məsul şəxs müəyyən edir ki, oraya kimi təyin edir. Məlum məsələdir ki, icra başçılarını prezident təyin edir. Prezidenti də vəzifəyə təyin etdiyi adam üçün öz meyarları olur. Yəni prezident əsas olaraq təcrübəyə, savada, biliyə önəm verir.

Əkrəm Həsənov: “Əgər bir insan heç bir yerdə kimisə idarə etməyibsə, böyük rayonu necə idarə edəcək?”.

Prezident Administrasiyasının gəncə cavabından belə çıxır ki, dövlət başçısı yerli icra hakimiyyəti başçılarını təyin edəndə məhz bu meyarı rəhbər tutur ki, bu adamın həyat təcrübəsi, idarəetmə təcrübəsi olmalıdır. Mən də düşünürəm ki, yerli icra hakimiyyəti başçısının mütləq idarəetmə və həyat təcrübəsi olmalıdır.

Əslində son zamanlar ən yüksək vəzifələrə də, başçı postlarına da bir qayda olaraq gənclər təyin olunurlar. Amma onların yaşları 30-un üstündədir. Amma sabah istisnalar da ola bilər və ola bilsin ki, prezident daha gənc kadrlara etimad göstərsin. Bunun nüminəsi isə qonşu Gürcüstanda olub. Orda istər Saakaşvili zamanı, istərsə də ondan sonra ən yüksək vəzifələrə çox gənc insalnar təyinat alıblar, ya da seçiliblər. Hər halda bundan qonşu ölkənin ziyan gördüyünü mən düçünmürəm.

Lakin yüksək vəzifəyə bu yaşda yüksək savada, fövqəladə hallarda doğru qərar verə biləcək və ictimai münasibətləri bilən gənclər təyinat ala bilərlər. Əgər bir insan heç bir yerdə kimisə idarə etməyibsə, böyük rayonu necə idarə edəcək? Ən azından hər bir kadrın sənədlərlə işləmək təcrübəsi olmalıdır. Həmçinin həmin şəxsdə həyat təcrübəsi də olmalıdır ki, insanlarla münasibət qurmağı bacarsın. Belə çıxır ki, Prezident Adminstrasiyası da yalnız belə şəxslərin icra başçısı olması üçün dövlət başçısına tövsiyə edirlər.

Bütün rayonlar üzrə yerli icra hakimiyyəti başçılarının hamısının bir sıra yerli və ümumi meyarlara görə seçilirlər və bütün rayonlar üzrə yerli icra hakimiyyəti başçılarına baxsaq, görəcəyik ki, onların hamısı bu meyarlara cavab verirlər. İcra başçılarının hamısının bu vəzifədən əvvəl müəyyən həyat və idarəetmə təcrübəsi olub.

Buna baxmayaraq, mən bu gəncin bu addımını da dəstəkləyirəm və hesab edirəm ki, məhz özünə inanan, dövlətini və xalqını sevən iddialı gənclərlə biz gələcəyə getməliyik”.

Qeyd edək ki, Zərbəli İsmayılov 1998-ci ildə Göyçay şəhərində anadan olub. 2020-ci ildə ADNSU-nin İstilik energetikası mühəndisliyi ixtisasını yüksək göstəricilər ilə bitirib. Həmin müddət ərzində aktiv fəal əlaçı tələbə olub. ADNSU-nin 68-ci elmi texniki konfransında 1-ci yerin qalibi olub. Elmi məqaləsi nəşr olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hal-hazırda Sumqayıt Elektrik Stansiyası MMC-də növbətçi mühəndis vəzifəsində çalışır. Eyni zamanda İqtisad Universiteti İqtisadiyyat ixtisasının 3-cü kursunda qiyabi təhsil alır. 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

İslamiada: Azərbaycan medal sıralamasında 5-cidir

Şeyx Əbdül mobil danışıqları bahalaşdırmağı təklif etdi: “Bir dəqiqənin qiyməti 10 manat olsun”

Ən çox oxunanalar