Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 2021-ci ildə dünyasını dəyişmiş məşhurlar

Oynaq ifaları, ruhumuzu oxşayan bəstələri, həyati məna kəsb edən ssenariləri ilə yaddaşlara həkk olunan, onlara nəfəs verən sənətçilər, bu gün artıq yoxdurlar. Son aylarda Azərbaycan Mədəniyyət nümayəndələrinin qəfil ölümləri xalqımızı dərin kədərə, qəmə boğub.

PİA.az Unikal.org-a istinadən 2021-ci ildə dünyasını dəyişən sənət adamlarını təqdim edir:

Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli

Yeni ilin ilk günlərində hər birimizi kədər boğan - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin qəfil ölümü oldu. Tanınmış bəstəkar 4 yanvar 2021-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadə ilə bağlı maraqlı faktlar

Xalq artisti Yalçın Rzazadə

Xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib. Yalçın Rzazadə uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Xalq artisti Eldar Quliyev

Kinorejissor, ssenarist, SSR xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru Eldar Quliyev Azərbaycan kino sahəsində bir məktəb yaratıb. Bir müddət əvvəl infarkt keçirmiş sənətkar, 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

Xalq artisti Rəmiş (Rafiq Hüseynov)

Ustad gitara ifaçısı Rəmiş də sənət dünyaından zamansız ayrıldı. Xroniki xəstəlikdən əziyyət çəkən xalq artisti 76 yaşında 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada həyatla vidalaşdı.

Əməkdar artist Baloğlan Əşrəfov

Əməkdar artist 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən dünyasını dəyişib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Müğənni Aslan Hüseynov

Məşhur müğənni Aslan Hüseynovun ötən gün Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşması nəticəsində, 54 yaşında dünyasını dəyişib. Xatıladaq ki, 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdi. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar