Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Vətən müharibəsindən sonra Azərbaycanın bu qurumlara üzv olması ölkəmizə Ermənistan qarşısında hansı üstünlüklər saxlaya bilər?..

Natiq Cəfərli: “Mən düşünmürəm ki, Azərbaycan hökumətinin KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması haqqında hansısa planları var”

Zaur Məmmədov: “Duqin unutmasın ki, o zaman Azərbaycan danışıqlarda torpaqların sülh yolu ilə azad edilməsi müqabilində müxtəlif variantları müzakirə edirdi. 2020-ci ilin payızında isə torpaqlar sülh yolu ilə yox, Azərbaycan şəhidlərinin qanı bahasına azad edildi”.

Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Kremlin beyin mərkəzinə aid olan və Rusiyanın hazırkı geosiyasi strategiyasının müəlliflərindən biri kimi tanınan Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmasının vaxtının gəldiyini və bunun üçün heç bir əngəl qalmadığını bildirib.

Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndisə bu maenə ortadan qalxıb. Duqinə görə Qarabağ münaqişəsi həll olunduğuna görə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaması Moskvada anlaşılmazlıq yaradacaq.

Vətən müharibəsinin nəticələrindən sonra Azərbaycanın bu qurumlara üzv olması ölkəmizin geosiyasi maraqlarına nə qədər cavab verir və bu addım Azərbaycana Ermənistan qarşısında hansı üstünlüklər saxlaya bilər?

Mövzunu PİA.az-ın əməkdaşı ReAl partiyasının icra katibi Natiq Cəfərli və Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Natiq Cəfərli: “Nə vaxt Ermənistan sülh müqaviləsini bizim şərtlərə uyğun olaraq imzalayacaqsa, o zaman ən azından iqtisadi münasibətlərin ən yüksək mərhələlərə qaldırılması ilə bağlı hansısa danışıqlaraparmaq və qərarlar almaq olar”.

Azərbaycanın MDB ölkələri ilə kifayət qədər ciddi ticarət əlaqələrinin olduğunu xatırladan ReAl partiyasının icra katibi PİA.az-a bildirib ki, müharibədən sonra yaranan vəziyyət Azərbaycanın Gömrük İttifaqına, yaxud da hansısa digər ittifaqa üzv olmaq üçün müraciət etməli olduğu anlamına gəlməməlidir:

“Mən düşünmürəm ki, Azərbaycan hökumətinin KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması haqqında hansısa planları var. Bu Azərbaycan hökumətinə indiki məqamda heç lazım da deyil. Çünki bu ittifaqların Azərbaycana verə biləcəyi heç nə yoxdur. Azərbaycanın bütün iqtisadi münasibətləri, yatırım investisiyaları, investisiya xəritəsi Qərblə bağlıdır. Azərbaycanın iqtisadi layihələri əsasən Avropa, Böyük Britaniya, ABŞ-la bağlıdır. Həmçinin ticarət dövriyyəmizin böyük əksəriyyəti məhz Avropa Birliyi ölkələrinədir.

Düzdür Azərbaycanın MDB ölkələri ilə də kifayət qədər ciddi ticarət əlaqələri var. Amma bu o demək deyil ki, Azərbaycan Gömrük İttifaqına, yaxud da hansısa ittifaqa üzv olmaq üçün müraciət etməlidir.

Natiq Cəfərli: “Azərbaycanın bu tipli qurumlarda iştirakçı olub-olmamasına sonuc etibarı ilə xalq qərar verməlidir”.

Bir məsələ də var ki, o ittifaqlara Ermənistan üzv olub. Nə vaxt Ermənistan sülh müqaviləsini bizim şərtlərə uyğun olaraq imzalayacaqsa, o zaman ən azından iqtisadi münasibətlərin ən yüksək mərhələlərə qaldırılması ilə bağlı hansısa danışıqlar aparmaq və qərarlar almaq olar.

Qeyd edim ki, Azərbaycanın bu tipli qurumlarda iştirakçı olub-olmamasına sonuc etibarı ilə xalq qərar verməlidir. Yəni referendum keçirilməlidir və xalqın fikri öyrənilməlidir. Azərbaycanın nə KTMT-yə və nə də Avrasiya İqtisadi İttifaqına ehtiyacı yoxdur”.

Zaur Məmmədov: “Regionda Ermənistanla Azərbaycan arasında yeni mühit yaranarsa və Cənubi Qafqaziqtisadi blokadalar qaldırılarsa, nəqliyyat xəttləri açılarsa, bu zaman Avrasiya İttifaqının müxtəlif dövlətləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişafına təkan verilə bilər”.

Azərbaycanın Avrasiya İttifaqında hər hansı müşahidəçi statusu ilə bağlı danışıqlar apara bilməsini mümkün hesab edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunun müqabilində Rusiyanın sülhməramlı olaraq Xankəndi məsələsində özünü adekvat aparması əsas şərtlərdən biridir:

“Duqin unutmasın ki, o zaman Azərbaycan danışıqlarda torpaqların sülh yolu ilə azad edilməsi müqabilində müxtəlif variantları müzakirə edirdi. 2020-ci ilin payızında isə torpaqlar sülh yolu ilə yox, Azərbaycan şəhidlərinin qanı bahasına azad edildi. Buna görə də Azərbaycanın Avrasiya İqtisadi İttifaqına, eyni zamanda KTMT ilə bağlı presinq etməsi mümkün olan məsələ deyil.

Təbii ki, regionda artıq Ermənistanla Azərbaycan arasında yeni mühit yaranarsa və Cənubi Qafqaziqtisadi blokadalar qaldırılarsa, nəqliyyat xəttləri açılarsa, bu zaman Avrasiya İttifaqının müxtəlif dövlətləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişafına təkan verilə bilər.

Zaur Məmmədov: “Azərbaycanın indiki məqamda Rusiyadan şərhli bəyanatın verilməsi ilə bağlı istəkləri var. Bu istəklər hələ də yeri yetirilməyib”.

Həmçinin bu Avrasiya İttifaqı ölkələrinin məhz Zəngəzur dəhlizi vasitəsilə digər istiqamətlərdə ticarətlərinin genişlənməsinə səbəb ola bilər. Amma bu o demək deyil ki, Azərbaycan Kollektivi Təhlükəsizlik Müqaviləsinin və Avrasiya İttifaqının üzvü olacaq. Azərbaycanın Avrasiya İttifaqında hər hansı müşahidəçi statusu ilə bağlı danışıqlar aparıla bilər. Lakin bunun müqabilində Rusiyanın sülhməramlı olaraq Xankəndi məsələsində özünü adekvat aparması əsas şərtlərdən biridir.

Azərbaycanın indiki məqamda Rusiyadan şərhli bəyanatın verilməsi ilə bağlı istəkləri var. Bu istəklər hələ də yeri yetirilməyib. İstəklərin yerinə yetirilməməsi məqamında birtərəfli jestdən söhbət gedə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar