Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xankəndinə ərzaq yardımı göndərsin – Ekspert

Natiq Cəfərlidən təklif...

Ermənistan saytlarını oxuyuram, çox böyük hay-küy salıblar ki, Xankəndində və erməni əsilli azərbaycanlıların (Azərbaycanlı etnik mənsubiyyət deyil də, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən anlayışdır) yaşadığı ətraf bölgələrdə ərzaq və dərman çatışmazlığı var, Laçın yolunun bağlı olmasına görə, güya, humanitar böhran yaşanır. Ermənistan hekayə qurmaq və satmaq üzrə liderdir, PR ustalarıdırlar, dünyaya indi məhz bu hekayəni satmaqla məşğuldular, halbuki, yolu Azərbaycan yox, Rusiya bağlayıb, məhz Rusiya “sülhməramlıları” yolda hərəkəti məhdudlaşdıraraq Azərbaycanın dövlət və hökumət orqanları nümayəndələrinin öz ərazimizdə xidməti vəzifə borclarını yerinə yetirməyə, məsələn, bizim ərazidə olan mədənlərə baxış keçirməyə mane olurlar. Laçın yolu ilə ərzaq və dərman pereparatlarının daşınmasına heç bir məhdudiyyət yoxdur, amma biz bu həqiqəti dünyaya çatdıra bilmirik, ermənilər isə öz yalanını sata bilirlər. Ona görə də, bu bəhanələri aradan qaldırmaq, yalanı ifşa etmək üçün təklif edirəm ki, Azərbaycanda fəaliyyət göstərən humanitar məsələlər üzrə QHT-lər vasitəsi ilə Xankəndinə bir neçə maşın ərzaq yardımı göndərək. “Azərsun”un malları ilə dolu maşın karvanı Xankəndinə getsin, yerli icma nümayəndələrindən olan QHT-lərlə görüşüb yükü onlara təhvil versinlər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, Rusiya “sülhməramlıları” bu işdə yardım etməsələr (halbuki borclarıdır), bölgədə fəaliyyət göstərən “Qırmızı Xaç” komitəsi vasitəsi ilə bu işi görmək olar: “Bütün proses keyfiyyətli şəkildə video-foto görüntülərin qeyd edilməsi ilə aparılmalı, sonra bir neçə dildə reportajlar hazırlanıb dünya mediasına servis edilməlidir. Bu gün “Azərsun”un mallarını humanitar yardım kimi alan Xankəndi dükanları, sabah bu şirkətlə işləyib mallarını da satacaq, başqa yolları yoxdur, deməli, indidən bu yolu açmaq lazımdır. Vardanyan və onun quldurları ərzaq dolu maşınları qəbul etməyəcəksə, bu da xeyirdir, elə bu haqda da geniş, bir neçə dildə, dünyanın anlayacağı üslubda reportajlar çəkib yaymaq olar. Bəzən rəqibi məhz öz “silahı” (PR məsələsi), yaxşı bacardığı iş ilə “vurmaq” (effektiv informasiya siyasəti) lazımdır ki, bundan sonra atacaqları addımlarda, açıqlamalarında daha diqqətlə olmağı öyrənsinlər, yalan sata bilməsinlər...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar