Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan xalqı Zəngəzura qayıdacaq

2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində ölkə başçısı İlham Əliyev Ermənistanı ciddi təşvişə salan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məslələrə toxunaraq vurğulayıb ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

Bu dəhlizin yaradılması Azərbaycan, RusiyaErmənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın müddəlarından biridir. Ancaq Ermənistanın son günlərdəki davranışından hiss olunur ki, bu ölkə yenə də əvvəlki oyunlarını oynamaq fikrinə düşüb. Ancaq Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Zəngəzur dəhlizi icra ediləcək.

Dəhlizin reallaşmasında əsas rəqib zamandır. Çünki yolların çəkilişi vaxt tələb edir. Bütün güclər bu layihələrin icrasına səfərbər olunub. Bu layihənin icrası ilə Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.
Fakt budur ki, müharibədən öncə Azərbaycan Prezidentinin dəfələrlə Ermənistana etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyən işğalçı ölkə, indi Prezident İlham Əliyevin hər bir mesajından sonra əl-ayağa düşür. Çünki erməni xalqı artıq reallığı görür və bununla barışır. Erməni xalqı dəmir yumruğun zərbəsinin çox acı nəticələr verdiyini də unutmur və anlayır ki, artıq Azərbaycanla oyun oynamağın faydası yoxdur.

Ölkə başçısı yalnız 10 noyabr bəyanatında göstərilən müddəaların icra prosesini dəyərləndirərək Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınma hallarının ola biləcəyi halda bu ölkə üçün baş verə biləcək nəticələrə diqqət çəkib. Yəni görülən işlər 10 noyabrda təsdiq olunmuş öhdəlikdir. Bu baxımdan öhdəliyin həyata keçirilməsində qalib dövlət kimi Azərbaycan israrlıdır.
Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda aparılan ümumi abadlıq-quruculuq işlərindən söz açan Prezident İlham Əliyev əsas kimi yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini söylədi. Bəlli oldu ki, yaxın günlərdə Füzuli-Şuşa yolu, yəni Zəfər yolundan başqa, Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-AğdamHoradiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Prezident bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağını və artıq cədvəl üzrə işlərin getdiyini də vurğuladı.

Prezident həmçinin bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesinin də davam etdirildiyini, bu işə xarici mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırdı. Məqsəd bəllidir - təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları beynəlxalq məhkəmədə cavab verməlidirlər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.
Müharibəyə qədər istədiyi oyunlardan çıxan, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən lazımınca yararlanan Ermənistan indi dalana dirənib. Bütün bunlara rəğmən, yəni azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətməsi, tarixi, dini abidələrimizi dağıtması fonunda belə İlham Əliyev Ermənistanla əməkdaşlıq məsələsinin də mümkünlüyünü vurğuladı. Təbii ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmayacaq və heç vaxt bağışlamayacaq. Amma bununla paralel olaraq, öz maraqlarımızı təmin etmək üçün lazımi addımların atılması labüddür. Bu da Azərbaycanın ilk növbədə milli maraqları naminə atılan addımlardır.

Bir sözlə, məğlub Ermənistan götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Ən azı ona görə ki, artıq qarşısında güclü və haqlı Azərbaycan dövləti var. Prezidentin söylədiyi kimi, nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir.

Beləliklə, görünən odur ki, qarşıdan gələn 3 il ərzində Azərbaycan bütün əsas infrastruktur layihələrini - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracaq. Həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək.

Bütün bunlar onu göstərir ki, həm ölkəmiz üçün, həm də regionumuzla bu və ya digər şəkildə bağlı olan bir çox ölkələrin inkişafı üçün tamamilə yeni dövr, yeni sıçrayış mərhələsi başlayır. Deməli, qarşıdakı illərdə hər birimiz Azərbaycanın Cənubi Qafqaz regionunda sözün bütün mənalarında lider ölkə statusunun daha da möhkəmlənməsinin şahidi olacağıq.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha İlham Əliyevin hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli lider olduğunu görəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar