Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə-ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə - tarixi dostluq, qarşılıqlı etimad, səmimi və yüksək səviyyəli əməkdaşlıq münasibətləri ilə bu gün bütün dünyanı heyrətə gətirən bir qardaşlıq nümunəsi göstərir. İki ölkənin hər məsələdə bir-birinə olan qeyd-şərtsiz dəstəyi dünya tərəfindən sözün əsl mənasında heyrətlə izlənilir. Xüsusilə son dövrlərdə Azərbaycanın haqq savaşında Türkiyənin ona dünya ictimaiyyəti tərəfindən təzyiqlər olunsa da, hətta bəzi ölkələr tərəfindən birbaşa hədəf göstərilsə də Azərbaycana dəstək olmaqdan çəkinməməsi, müharibənin ilk anlarından ən yüksək səviyyədə dəstəyini nümayiş etdirməsi hər kəs üçün çox böyük mesaj idi.

Eyni şəkildə Azərbaycan da ən müxtəlif platformalarda dəfələrlə Türkiyəyə birmənalı dəstəyini ifadə etmişdir. Yəqin ki, hələ də heç kəs 2014-cü ildə Prezident İlham Əliyevin Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "Şərq tərəfdaşlığı" Sammitində Ermənistanın o dövrkü Prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəni ittiham edən çıxışına tutarlı və iki ölkənin bir-biri ilə münasibətlərinin ən yaxşı nümunəsi sayıla biləcək cavabını unutmayıb: Türkiyə burada yoxdur, amma mən varam. Bu sözlər həqiqətən də əbəs yerə deyilməyib.

Çox böyük və dərin məna ifadə edən bu sözlər Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin hələ də yaşadıldığının və ən əsası daha da irəliyə aparılmasının sübutudur. İki ölkə münasibətlərin get-gedə daha da möhkəmlənməsində təbii ki, iki ölkənin siyasi rəhbərliyinin də fundamental rolu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daima Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğandan bəhs edərkən hörmət və ehtiramla bəhs etmiş və onu “qardaş”, deyə adlandırmışdır. Beləliklə, bu gün dünya dövlətləri arasında səmimi dostluq münasibətləri necə olmalıdır sualına cavab axtararkən Azərbaycan Türkiyə münasibətlərinə baxmaq yetərlidir.

Qeyd edək ki, iki ölkənin münasibətləri iqtisadi sferada da uğurla davam etdirilir. Türkiyə ilə olan iqtisadi əlaqələrimiz ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamış və indiki dövrə qədər daim yüksələn xəttlə davam edir. Birgə həyata keçirilən layihələr iki ölkənin həm iqtisadi, həm də regional maraqlarına tam cavab verməklə ölkələrimiz arasındakı əlaqələri gücləndirib.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu təbii qaz boru xətti layihələri bu baxımdan veriləcək ən yaxşı nümunələrdir. İkinci Qarabağ müharibəsindən sonra ən qısa müddətdə reallaşacağı nəzərdə tutulan “Zəngəzur dəhlizi” də iki ölkənin birgə maraqlarına cavab verən bir digər layihə olaraq tarixə keçəcək.

Əslində bu layihə bütün türk dünyası üçün xüsusi dəyərə malikdir. Nəzərə alsaq ki, dəhlizlə birgə türk dünyası coğrafi mənada birləşəcək onda layihənin türk dünyası üçün dəyəri bir daha gün üzünə çıxır. Bununla yanaşı, əlbəttə ki, Zəngəzur dəhlizinin iqtisadi və turizm baxımından da yüksək gəlirinin olacağı şübhəsizdir. Qısacası, iki qardaş ölkənin maraqları dəhlizlə birgə bir daha ortaq mövqedə kəsişəcək.

Azərbaycan və Türkiyənin son günlərdə birgə fəaliyyət göstərdiyi digər bir məsələ isə iki ölkənin hakim partiyalarının qarşılıqlı təcrübə mübadiləsi ilə bağlıdır. 1-3 iyun tarixlərində hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ankara şəhərində Türkiyənin iqtidar Partiyası AKP-nin dəvəti ilə səfərə yollanmışdır. Səfər çərçivəsində nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçlə, AKP-nin Təftiş Komissiyasının sədri Ahmet Aydınla, AKP sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşla və beynəlxalq məsələlər üzrə müavin Əfkan Ala ilə görüşlər keçirmişdir. Şübhəsiz ki, hər bir görüş iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsində əsaslı rol oynayacaqdır. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu isə partiya təcrübəsinin öyrənilməsi və iki ölkənin siyasi müstəvidə yaxınlaşması baxımından olduqca vacib addımdır. Onsuzda iki ölkənin siyasi baxımdan yaxınlığı və bir-birinə verdiyi dəstək ən yüksək səviyyədədir. Sadəcə son dövrün aktual məsələləri - Vətən Müharibəsi, Tovuz hadisələri və qondarma erməni soyqırımının ABŞ Prezidenti Cozef Bayden tərəfindən səsləndirilməsi zamanı iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyəti belə bizə siyasi müstəvidə ortaq hərəkət edilməsinin vacibliyini göstərdi.

Yəqin ki, heç kəs Tovuz hadisələri və Vətən müharibəsi zamanı böyük dövlətlərdə yerləşən səfirliklərimiz qarşısında erməni vətəndaşları tərəfindən törədilən hadisələri unutmayıb. Həmin günlərdə azərbaycanlılarla yanaşı türklər də səfirliklərimiz qarşısında toplanmış və hər hansı mənfi halların yaşanmaması üçün var gücü ilə çalışmışdır. Əlbəttə ki, biz bunların heç birini unuda bilmərik. Bunlar hər bir azərbaycanlının, o cümlədən Azərbaycan dövlətinin xatirində daim qalacaq hadisələrdir. Çünki, Azərbaycan xalqı və dövləti çətin günlərdə yanında olanları unutmur. Dünyanın ən “demokratik”, “insan haqları qoruyucusu” olaraq özlərini təqdim edən ölkələrinin belə haqsızlıq, vandalizm qarşısında susduğu, göz yumduğu günlərdə Türkiyə susmadı və daim haqqın yanında olmaqla öz dürüstlüyünü, ədalətini sübut etdi.

Biz əminik ki, Türkiyənin Azərbaycana birmənalı dəstəyi sadəcə öz qardaşına verdiyi dəstək deyildi. Bu həm də haqlıya, haqqa verilən dəstək idi. Beləliklə, Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu hadisələr bizə onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycan bir-birinə ayrılmaz birlik və qardaşlıq telləri ilə bağlıdır. Şübhə yoxdur ki, iki ölkə bu gün olduğu kimi, gələcəkdə də hər zaman bir-birinin yanında olacaq və iki ölkənin əməkdaşlığı birgə maraqlar kontekstində bütün sahələrdə davam edəcək.

Arzu Abdullayev
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar