Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Rusiya prezidentləri Aşqabadda görüşəcək

Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.

O, Putinin Azərbaycan, Türkmənistan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcəyini söyləyib.

Uşakov Rusiya prezidentinin, həmçinin Xəzər Sammiti çərçivəsində Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcəyini, onu yubileyi münasibətilə şəxsən təbrik edəcəyini söyləyib.

Uşakov xatırladıb ki, iyunun 29-da Xəzər Sammiti günü Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq: "Putin Türkmənistan parlamentinin yuxarı palatasının spikeri ilə xüsusi görüş keçirəcək və onu şəxsən təbrik edəcək. Bundan əlavə, dövlət başçısı Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Onunla qısa söhbət olacaq, daha sonra altıncı Xəzər Sammitində iştirak nəzərdə tutulur. Sammit başa çatdıqdan sonra prezidentimiz Azərbaycan Prezidenti İlham Əliyevİran Prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüş keçirəcək”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar