Çərşənbə axşamı, 09 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan və Pakistan HHQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Marşal Z.Sidhu da öz növbəsində bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Yol polisi Səfər Mehdiyevi saxladı: "Sən nə həyasız adamsan?" - Video

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Azərbaycana qarşı daha bir təxribat: Bu dəfə Təbrizdə - Foto

Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı... - Nə baş verir?

Səlim Müslümovun həbs qoyulmuş milyonluq əmlaklarının siyahısı

Türk bayraqlarına qarşı çıxan “Metrə” Vüqar Jurnalistlər binasına qoçu dəstəsi göndərdi – Fotolar

Rusiya Ermənistan və İran sərhədində nəzarətin gücləndirilməsinin səbəbini açıqladı - Yenilənib

“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!” - Keçmiş nazir müavini soruşur...

Onkoloji xəstəliyə qalib gəlmək üçün hansı qidalar vacibdir?

Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir

Ən çox oxunanalar