Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

"Prezident İlham Əliyevə bir daha böyük uğurlar və müvəffəqiyyətlər diləyir, onun müdrik siyasəti nəticəsində qazanılmış bütün bu nailiyyətlərin davamlı olmasını arzu edirəm".

Bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

Misirli dövlət başçısı bildirib ki, müzakirələr zamanı ölkəsində elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları, yaradılmış infrastrukturu bir daha qeyd edib: "Son doqquz il ərzində əldə edilmiş bütün təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğumuzu bildirdim. Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq. Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq".

"Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim. Cənab İlham Əliyevlə danışıqlar zamanı ümumi maraq kəsb edən bir çox regional və beynəlxalq məsələlərə dair müzakirələr apardıq.

Görüş zamanı, həmçinin bütün dünyada siyasi dialoqun davam etdirilməsinin vacib olduğunu və məsələlərin hərbi güc yolu ilə həllinin heç də labüd olmadığını bildirdik. Bütün dünya COVID-19 pandemiyasından xilas olmamış Rusiya-Ukrayna böhranı beynəlxalq iqtisadiyyata və ticarətə daha bir zərbə vurdu, istər ərzaq təhlükəsizliyi, istər energetika, istər dənizçilik, istərsə də turizm və əczaçılıq sahələrinə çox mənfi təsir göstərdi.

Prezident İlham Əliyevə bir daha böyük uğurlar və müvəffəqiyyətlər diləyir, onun müdrik siyasəti nəticəsində qazanılmış bütün bu nailiyyətlərin davamlı olmasını arzu edirəm.

Biz Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik" - Misir Prezidenti əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar