Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İsrail: dostluq dəyərləri

ISRAEL HAYOM, İsrail
Müəllif: Fərid Şəfiyev

Azərbaycanla İsrail arasında bir neçə amilə əsaslanan sıx əlaqələr var. Söhbət təhlükəsizlik, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlıqdan gedir.

İsrail Azərbaycana silah tədarük edən əsas dövlətlərdən biridir. Bu ölkənin istehsalı olan hərbi texnikalar ötən ilin payızında baş vermiş 44 günlük müharibədə özünü yaxşı göstərib. Xatırladaq ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan ərazilərini azad edib.

Bakı da öz növbəsində, yəhudi dövlətinə böyük həcmdə neft tədarük edir.

Bundan başqa, bu ikitərəfli əlaqələr İsrailin İran, Rusiya və Türkiyə ilə həmsərhəd olan Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı həyati əhəmiyyət kəsb edən maraqları ilə də birbaşa bağlıdır. Doğrudur, son aylarda, xüsusilə Ermənistan-Azərbaycan müharibəsi zamanı və sonrakı dövrdə İsraildə fəaliyyət göstərən bəzi media orqanları yəhudi dövlətinin Bakı ilə əlaqələrinə yenidən baxmasına çağırış edir. İddia olunur ki, iki ölkə arasında münasibətlər “neft əvəzində silah ticarəti” anlayışına əsaslanır və indi maddi maraqlara əsaslanan əlaqələr humanitar hədəflərlə əvəz edilməlidir. Üstəlik, bəzi iddialara əsasən, guya İsrailin “soyqırım”dan əziyyət çəkmiş ermənilərə “ürəyi yanmalı” və o, liberal dəyərlərə əsaslanaraq, Ermənistanla daha da yaxınlaşmalıdır. İsrailin bəzi media orqanları “Türkiyə amili”ndən istifadə edir. Onlar bildirirlər ki, Azərbaycan İsraillə münasibətləri mürəkkəb olan Türkiyə ilə strateji tərəfdaşdır.

Düşünürəm ki, qeyd edilən arqumentlərdən heç biri Azərbaycanla İsrail arasında münasibətlərin soyumasına rəvac vermir. Xüsusilə liberal baxışlı bəzi ekspert və jurnalistlərin səsləndirdiyi bəzi arqumentlər isə tamamilə yanlışdır.

Birincisi, bu gün dövlətlər bir-biri ilə əlaqələrini maliyyə nöqteyi-nəzərdən faydalar və təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla, milli maraqlar üzərində qururlar. Lakin Azərbaycanla İsrail arasında münasibətləri sırf “neft əvəzində silah” anlayışı ilə təqdim etmək tarixi faktlarla üst-üstə düşmür. Azərbaycanda yaşayan yəhudi icması burada əsrlər əvvəl məskunlaşıb. Üstəlik, azərbaycanlılarla yəhudilərin birgə yaşadığı dönəmlərdə heç vaxt antisemitizm hallarına rast gəlinməyib. Əksinə, bu iki xalq mədəni baxımdan da bir-birinə inteqrasiya edib.

Azərbaycana son 100 ildə tatdilli yəhudilərlə yanaşı, minlərlə aşkenazi yəhudilər köçüb. Onlar bu ölkədə tolerantlığa şahid olublar. Yəhudilərin Azərbaycana köçməsi minlərlə qarışıq ailələrin yaranmasına səbəb olub.

Bir sözlə, iki ölkə arasında dövlətlərarası əlaqələr qismən xalqlar arasındakı münasibətlərə əsaslanır. Yeri gəlmişkən, Sovet Azərbaycanının keçmiş iki liderinin həyat yoldaşı yəhudi idi. Bu gün hər iki ölkədə yaşayan icmalardakı qarışıq ailələr Azərbaycanla İsrail arasında siyasət, biznes və mədəniyyət sahələrində daha sıx münasibətlər qurulmasına töhfə verir. Sadə dildə desək, Azərbaycan neft istehsal edənə, yaxud İsraildən silah tədarükünə başlayanadək bu iki xalq arasında müsbət əlaqələr olub.

İkincisi, azərbaycanlılar etnik təmizləmələr, işğal və mədəni irsin dağıdılmasından əziyyət çəkib. Odur ki, İsrailin liberal mətbuat orqanlarının məhz azərbaycanlılara ürəyi yanmalıdır. Onlar erməni lobbisinin yaxşı dizayn edilmiş təbliğatına alət olmamalıdırlar.

Bu yaxınlarda bir neçə yəhudi ekspert mənimlə bərabər “Qafqazın Hirosiması” adlandırılan Ağdam şəhərinə səfər edib. Burada Azərbaycanın mədəniyyət abidələrinin, məscidlərinin dağıdılması onlara 1948-1967-ci illərdə Yerusəlimin, yəhudilərə məxsus irsin üzləşdiyi aqibəti xatırladıb.

Ermənilər türk xalqları üzərində guya etnik və dini üstünlüklərini göstərmək məqsədilə onları “vəhşi, geridə qalmış, köçəri” adlandırır. Bu fikirlər ermənilərin milli qəhrəmanı Qaregin Njde tərəfindən 1930-cu illərdə, nasist üslubunda yaradılmış “Tsexakron” adlı ideologiya ilə təşviq olunur. Yerevanda bir zamanlar Hitler ordusu ilə əməkdaşlıq etmiş Njdeyə böyük abidə belə, ucaldılıb.

Ermənistanda demokratiyanın vəziyyətinə gəlincə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın son 3 ildəki ritorikası fonunda seçkidə qələbə qazanması göstərir ki, burada uğur qazanmağa Azərbaycan ərazilərinin işğalını, Ermənistanın monoetnikliyini müdafiə etmək də mane olmur. Paşinyan azərbaycanlı qaçqınların Ermənistana qaytarılması və ya onların hüquqlarının bərpa edilməsi haqda bir kəlmə belə, danışmır. Ötən il müharibə də məhz onun maksimalist mövqeyinə, “Qarabağ Ermənistandır” sözlərinə, eyni zamanda, digər erməni siyasətçilərin bənzər fikirlərinə görə başlamışdı.

Yaxın və uzaq keçmişə nəzər salan zaman görürük ki, seçki radikalların və ya populistlərin hakimiyyətə gəlməsi üçün hüquqi yol ola bilər. 1930-cu illərin Almaniyasını, yaxın keçmişdə Yaxın Şərqdə cərəyan etmiş hadisələri buna nümunə göstərmək olar.

Üçüncüsü, Türkiyə amili ilə bağlı arqumentlər çox qəlizdir. Təəssüf ki, bu məsələ də yalnız “ağ-qara” fonda təqdim edilir. Türkiyə Azərbaycanın yaxın müttəfiqidir. Lakin Bakının xarici siyasətlə bağlı prioritetləri bəllidir. Bu, özünü Qəzza zolağında 2021-ci ilin mayında baş vermiş hadisələr zamanı bir daha göstərib. Üstəlik, yüksək rütbəli azərbaycanlı rəsmilər qardaş ölkə (Türkiyə) ilə dost dövlət (İsrail) arasında əlaqələrin bərpası məqsədilə vasitəçilik etməyə hazır olduqlarını bildirirlər. Nəticə etibarı ilə Ankara ilə yəhudi dövləti arasında münasibətlər tələsik düşüncələrin qurbanı olmamalıdır. Onlar arasında əlaqələrin tarixi 530 il əvvələ gedib çıxır. Həmin vaxt İspaniyada yaşamış yəhudilər bu ölkəni tərk edərək Osmanlı imperiyasına köçmüşdülər. İki dövlət arasında əlaqələrinin yalnız son 20 ili mürəkkəb olub və bunda yalnız bir tərəfi günahlandırmaq olmaz.

Bir sözlə, mən xalqlar arasında qədim dövrlərdən gələn nifrət anlayışının olmadığına inanan şəxs kimi deyə bilərəm ki, Ermənistanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və iqtisadi sahədə əməkdaşlıq edəcəklər. Azərbaycan isə 30 illik işğal dövründə yerlə-yeksan edilmiş ərazilərinin bərpasına xarici şirkətləri də dəvət edir. İsrail artıq kənd təsərrüfatı və infrastruktur layihələrinin icrası təşəbbüsü ilə çıxış edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
 
Mənbə: ISRAEL HAYOM

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar