Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan münasibətlərinin 6 ay sonrakı xarakteristikası

Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı Bəyanatlara tam olaraq əməl edir. Qarşı tərəfdən də eyni ritorikanı gözləyir. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, yenə də dəyişməyən siyasət xəttini davam etdirir. Münasibətlərin tənzimlənməsi istiqamətində görüşlər müharibədən keçən bir ildən çox müddətdə ərzində nəticəsiz görünür.

Deməli, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasi istiqaməti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq. Əlbəttə, 30 ilə yaxın müddətdə işğalçı dövlətin simasız və sülhə aparmayan siyasət xəttini gözəl bilən Prezident İlham Əliyev bu səbəbdəndir ki, ordu quruculuğunu daha da gücləndirir. BMT tərəfindən qəbul edilmiş Ermənistanın Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədə 4 qətnaməyə əməl etməyən işğalçı dövlət sülh müqaviləsi imzalansa da, buna ciddi yanaşmayacağını dövlətimizin başçısı da vurğuladı. Qeyd etdi ki, rəsmi İrəvan Azərbaycanın sülh və normal qonşuluq münasibətlərini qəbul etməsə, delimitasiyanın başlanmasını istəməsə, biz bu təklifi uzun müddət masada saxlayan deyilik.

Həmçinin Ermənistan tez bir zamanda bizim ərazi bütövlüyümüzü tanımasa, Azərbaycan da öz dədə-baba torpaqları olan Zəngəzur, Göyçə, İrəvanın onlara məxsus olmaması istiqamətində fəaliyyət həyata keçirəcək. 44 günük Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin dediyi hər sözü reallaşdırdığını anlayıb. Qarşı tərəf onu da başa düşməlidir ki, əgər dövlətimizin başçısının dediyi kimi, Ermənistan öhdəliklərini yerinə yetirməsə, müstəqilliyi sual altına düşə bilər. Zaman o qədər də çox deyil. Bundan sonra baş verəcək hadisələrin bütün məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq.

Elmir Səftərov - Siyasi şərhçi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar