Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Avropa Birliyi... - Strateji əməkdaşlıq hansı səviyyəyə qədər yüksələ bilər?

İmzalanan sənəd Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığı hansı səviyyəyə qədər yüksəldə bilər və bu səfər Azərbaycanla Avropa Birliyi arasındakı siyasi fikir ayrılıqlarına necə təsir göstərəcək?..

Politoloq: “Artıq uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar gedirdi. İqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıqla bağlı çərçivə sənədlərin imzalanması gözlənilirdi”.

Azərbaycan bir nəqliyyat qovşağı olaraq Avropaya və dünyada enerji resurslarının təminatçısı rolunu oynaya bilər. Xüsusilə burada Avropa Birliyinin enerji təminatında Azərbaycanın böyük rolunun olacağı gözləniləndir”.

Bu sözləri politoloq Samir Hümbətov Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı imzalanan sənədlərin əhəmiyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen arasında görüş baş tutub. Görüşdən sonra Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, Avropa İttifaqına 85 milyard kubmetr qaz hazırda Norveçdən tədarük edilir. Aİ-yə nəql edilən qazın 8%-i isə Əlcəzairin payına düşür. Aİ ilə bağlanan müqaviləyə görə isə Azərbaycan Avropaya göndərəcək qaz ixracatını 20 milyard kubmetrə çatdıracaq. Beləliklə, Azərbaycanın ümumi Avropa qaz tələbatında payı təxminən Qətərlə eyni olacaq.

Bəs Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və imzalanan sənədləri necə dəyərləndirmək olar? İmzalanan sənəd Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığı hansı səviyyəyə qədər yüksəldə bilər və bu səfər Azərbaycanla Avropa Birliyi arasındakı siyasi fikir ayrılıqlarına necə təsir göstərəcək?

Avropa Birliyi ilə Azərbaycan arasında yaranan yeni münasibətləri PİA.az-ın əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Avropa Birliyi ilə siyasi və iqtisadi əməkdaşlıq ölkəmizdə demokratik təsisatların milli təməllər üzərində inkişafı üçün yeni imkanlar açacaq. Ona görə də bizim Avropa Birliyi ilə sıx əlaqələrimiz məhz milli maraqlarımıza xidmət edir”.

Əslində Azərbaycanın təkcə Avropa Birliyinin enerji təminatında mühim rol oynamadığını qeyd edən politoloq PİA.az-a bildirib ki, eyni zamanda Azərbaycan regional məsələlərdə, xüsusən digər qonşu dövlətlərin enerji daşıyıcısı olmaq funksiyasını da burada öz üzərinə götürmüş olacaq və artıq Xəzər regionunda həm Türkmənistan, həm də Qazaxıstanın enerji resurslarının da Azərbaycan üzərindən Avropaya çıxarılması imkanları genişlənəcək:

“Artıq uzun müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar gedirdi. İqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıqla bağlı çərçivə sənədlərin imzalanması gözlənilirdi. Nəhayət Rusiya-Ukrayna müharibəsi fonunda həm regionda, həm də dünyada gedən proseslər ona şərait yaratdı və ona dəlalət etdi ki, bu gün Azərbaycan enerji məsələlərində Avropa Birliyinin daha çox diqqətini çəkməyə başladı. Əslində Azərbaycan təkcə Avropa Birliyinin enerji təminatında mühim rol oynamır. Eyni zamanda Azərbaycan regional məsələlərdə, xüsusən digər qonşu dövlətlərin enerji daşıyıcı olmaq funksiyasını da burada öz üzərinə götürmüş olacaq.

Düşünürəm ki, bu müqavilə imzalanandan sonra, artıq Xəzər regionunda həm Türkmənistan, həm də Qazaxıstanın enerji resurslarının da Azərbaycan üzərindən Avropaya çıxarılması imkanları genişlənəcək. Hətta İranın elə bu yoldan istifadə edə biləcək. Yəni Azərbaycan bir nəqliyyat qovşağı olaraq Avropaya və dünyada enerji resurslarının təminatçısı rolunu oynaya bilər. Xüsusilə burada Avropa Birliyinin enerji təminatında Azərbaycanın böyük rolunun olacağı gözləniləndir.

Bu gün TANAP və TAP layihəsi çərçivəsində təqribən il ərzində 20 milyard kub metrə qədər Azərbaycan qazı Avropa bazarına çıxarılır. Amma bunun əslində 30 milyard kub metrə qədər olması hədəflənib. Hesab edirəm ki, yaxın vaxtlarda TANAP- TAP layihəsinin ikinci mərhələsi, yəni TANAP-TAP-2 layihəsi həyata keçirlə bilər. Bu da Azərbaycan, Avropa əlaqələrinə müsbət təsir edəcək. Eləcədə Azərbaycanla Qərb ölkələrinin münasibətlərini sıxlaşdıracaq.

Samir Hümbətov: “Yaxın illərdən başlayaraq həyata keçiriləcək olan layihələrlə Azərbaycan Avropanın neft, qaz bazarlarının təminatında böyük rol oynaya bilər. Bu da öz növbəsində Azərbaycanla Qərb dünyası arasında siyasi bağlılığa daha da artıracaq”.

Düşünürəm ki, Avropa Birliyinin nümayəndəsi Ursula Fon der Lyayen Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə qəbul olunan qərarlar, imzalanan sənədlər nəticə etibarilə AzərbaycanAvropa Birliyinin əlaqələrinin gələcək inkişafına müsbət təsir göstərəcək. Yaxın zamanlarda artıq biz bu inkişafın nəticəsini görəcəyik.

Rusiya daha çox təcrid olunduğu müddət ərzində Azərbaycana qazına, enerjisinə olan tələbat artacaq. Beləliklə də Azərbaycanın gələcəkdə Avropaya Rusiya qazına alternativ qaz, neftinə alternativ neft çıxarmaq imkanları artacaq. Yaxın illərdən başlayaraq həyata keçiriləcək olan layihələrlə Azərbaycan Avropanın neft, qaz bazarlarının təminatında böyük rol oynaya bilər. Bu da öz növbəsində Azərbaycanla Qərb dünyası arasında siyasi bağlılığa daha da artıracaq. Siyasi fikir ayrılıqlarına və yanaşma problemlərinə gəlincə isə deyə bilərəm ki, Avropa Birliyi ilə siyasi və iqtisadi əməkdaşlıq ölkəmizdə demokratik təsisatların milli təməllər üzərində inkişafı üçün yeni imkanlar açacaq. Ona görə də bizim Avropa Birliyi ilə sıx əlaqələrimiz məhz milli maraqlarımıza xidmət edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar