Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Ukraynadan əkin üçün torpaq icazəyə götürür... - Bu ölkəmiz üçün nə qədər sərfəlidir?

Dünyada ərzağın qiymətinin artması fonunda bu addım Azərbaycanın daxili bazarında qiymət sabitliyinin yaranmasına yardımçı ola bilərmi?..

İqtisadçı-ekspert: “Bəzi ölkələr artıq Ukraynada torpaq icarəyə götürməyə maraq göstərirlər. Azərbaycanın da bu sahəyə maraq göstərməsi və danışıqlar aparması uğurludur”.

“Bizim buğda təlabatına görə Rusiyadan asılılığımız var. Ukraynada becərilən buğda ölkəmizin ərzaq təhlükısizliyi üçün mühum rol oynaya bilər”.

Bu sözləri iqtisasçı-ekspert Natiq Cəfərli Azərbaycanın Ukraynada kənd təsərrüfatı məhsullarını yetişdirməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün prezident İlham Əliyevin Ukraynaya səfəri başlayır. Səfər çərçivəsində Ukraynada məhsuldar əkin sahələrinin uzun müddətli icarəyə götürülməsi ilə bağlı saziş də imzalana bilər. Azərbaycanın Ukraynada kənd təsərrüfatı məhsulları yetişdirməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı üçün hansı rol oynaya bilər? Dünyada ərzağın qiymətinin artması fonunda bu addım Azərbaycanın daxili bazarında qiymət sabitliyinin yaranmasına yardımçı ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Ukraynada becərilən buğda ölkəmiz üçün mühum rol oynaya bilər”.

Bizim buğda əkininə yararlı qara torpaq sahələrimizin o qədər də çox olmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, əgər danışıqlar nəticəsində uğurlu müqavilə imzalansa, Azərbaycan Ukrayna ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsinə başlayacaq:

“Bildiyimiz kimi Ukrayna Avropa ölkələri arasında ən çox bərəkərli torpaq sahələrinə malik olan ölkələrdən biridir. Ukraynada kifayət qədər kənd təsərrüfatı potensialı var və bu torpaqlar çox məhsuldar qara trpaqlardır. Amma investisiya çatışmamazlığı ucbatından Ukrayna bu potensialdan tam da istifadə edilə bilmir. Buna görə də Ukraynada yeni qanunlar qəbul olundu. Bu qanunla başqa ölkələr Ukrayna torpaqlarını uzun müddərli icarəyə götürə bilərlər. Bəzi ölkələr artıq Ukraynada torpaq icarəyə götürməyə maraq göstərirlər. Azərbaycanın da bu sahəyə maraq göstərməsi və danışıqlar aparması normal qarşılanmalıdır. Ona görə də yeni qanunun yaratdığı imkanlardan Azərbaycan da yararlanmaq istəməsi normal qarşılanmalıdır və düzgün istiqamətləndirilərsə, bu çox yaxşı addımdır.

Bizim buğda əkininə yararlı qara torpaq sahələrimiz o qədər də çox deyil. Əgər danışıqlar nəticəsində uğurlu müqavilə imzalansa, Azərbaycan Ukrayna ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsinə başlayacaq.

Natiq Cəfərli: “Bu Azərbaycanın ərzaq təhlükəsizliyinə, o cümlədən buğda ehtiyaclarının ödənilməsində irəli atılmış çox vacib addımlardan birinə çevrilə bilər”.

Yəqin ki, əsasən Ukraynada Azərbaycan buğda əkiləcək. Çünki bizim buğda təlabatına görə Rusiyadan asılılığımız var. Ukraynada becərilən buğda ölkəmizin ərzaq təhlükəsizliyi üçün mühum rol oynaya bilər. Bu da Azərbaycanın ərzaq təhlükəsizliyinə, o cümlədən buğda ehtiyaclarının ödənilməsində irəli atılmış çox vacib addımlardan birinə çevrilə bilər.

Bu addım ən azından ölkənin çörəklə təmin edilməsi məsələsində xaricdən asılılğı azaldacaq. Yəni bu addım xarici bazarlarda baş verən qiymət artımından Azərbaycanın asılılığını azalda bilər. Bu da özü-özlüyündə ciddi müsbət dəyişikliyə gətirib çəxaracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ən çox oxunanalar