Çərşənbə, 10 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlandı 

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol artıq hər iki ölkənin prezidentləri səviyyəsində təsdiqlənib. Protokola əsasən, Bakı şəhəri və Qəbələ rayonunda iki peşə təhsili mərkəzi birgə idarə olunacaq”.

Bunu APA-ya açıqlamasında Peşə Təhsili üzrə Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində 10-a yaxın ixtisas olacaq:

“Bu ixtisasları sırasına aşpazlıq, İT texnologiyaları, dizayn, tekstil və digərləri daxildir. Sözügedən sahələrdə birgə təhsil proqramları olacaq. Təhsil proqramları Türkiyə standartları nəzərə alınmaqla, Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaqla həyata keçiriləcək. Məqsədimiz bu il və növbəti təhsil ilində bu istiqamətdə fəaliyyəti həyata keçirməkdir. Artıq bununla bağlı işlərə start verilib. Bakı şəhərində yeni peşə məktəbi tikilməyə başlanılıb və gələn ildən tələbə qəbulu həyata keçirməyə başlayacağıq. Qəbələ rayonunda isə hazırda araşdırma aparırıq. Ola bilər ki, ya bu il, ya gələn il orda da qəbula başlanılsın”.

pia.az 


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Generalın pomidor yetişdirməsi… - Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

Azərbaycanda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı

Səfər Mehdiyev həbs olunur? - Sabiq "gömrük şefi" çətin durumda

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? - Şok təfərrüat...

İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb - Yenilənib

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor

Sülhməramlılar erməni deputat və jurnalistləri Qarabağa buraxmadılar - Video

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

Oğlu müharibədən qayıtmadı, xanımını danışdırmadı: Maqomayevin məşhurlaşdırdığı “Kor Əhəd” kim idi? - Foto

“Caliber”: “Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - Video

Ən çox oxunanalar