Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfirliyinə hücum bir qrup terrorçu tərəfindən həyata keçirilib – Videodəlil...

İran hakimiyyəti hələ də səfirlikdə hansısa İran vətəndaşının olub-olmadığı haqqında məsələyə aydınlıq gətirməyib...

Azərbaycanın Tehrandakı səfirliyinin binasında quraşdırılmış təhlükəsizlik kameraları təkcə yanvarın 27-də törədilmiş silahlı hücumu deyil, həm də sonradan baş verənləri, ilk hücum edən Yasin Hüseynzadənin zərərsizləşdirilməsini qeydə alıb.

Xatırladaq ki, avtomatla silahlanmış Hüseynzadə binaya daxil olub və hədəfsiz atəş açıb. Mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölümcül yaralayan terrorçu digər təhlükəsizlik əməkdaşı Vasif Tağıyev tərəfindən zərərsizləşdirilib.

Terrorçunun əlləri bağlanıb və səfirliyin qapıları içəridən bağlanıb. Hücumçu içəridən çıxmadıqda onun silahlı şərikləri səfirliyə yaxınlaşıblar. Onlardan biri səfirliyə girməyə çalışıb, amma girə bilməyib. O, avtomatdan kilidə atəş açıb, saha sonra qapılara gürzlə vurmağa başlayıb.

PİA.az xəbər verir ki, bu barədə Tusran Agentliyi məlumatyayıb.

Bu zaman hücumun digər iştirakçısı səfirliyin avtomobilini yandırıcı qarışıqla yandırmağa çalışıb amma özünü yandırıb və qaçıb. Yolda başqa şəxslər onu söndürməyə çalışıblar.

Bütün bunlar hücumun əvvəlcədən planlaşdırıldığını və onda təkcə avtomatı deyil, həm də yandırıcı qarışığı olan bir neçə şəxsin iştirak etdiyini təsdiq edir.

Saxlanılan terrorçuya gəlincə, o, dindirilmə zamanı Azərbaycan xüsusi xidmətlərinin onun həyat yoldaşını səfirlikdə saxladığını və buraxmadığını bildirib. “Mən ondan yanıma qayıda bilməyəcəyi haqqında səsli mesajlar alırdım, amma inanmırdım və onu azad etmək qərarına gəldim”, deyə o qeyd edib.

Bu arada, İran hakimiyyəti hələ də səfirlikdə hansısa İran vətəndaşının olub-olmadığı haqqında məsələyə aydınlıq gətirməyib. Əgər var idisə, niyə İran hakimiyyəti iddia irəli sürüb onun azad edilməsini tələb etməyib? 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar