Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindən olub

“Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi oldu. Konfransda çıxış edən Prezident İlham Əliyev bir sıra qlobal məsələlərə toxundu”.

Bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatında ölkəmizin sədrliyinin COVİD-19 pandemiyasının yayıldığı dövrə təsadüf etdiyini və Azərbaycanın beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri olduğunu diqqətə çatdırdı:

“Əslində ölkə başçısı bu fikirləri ilə bu sahədə Azərbaycanın məqsədyönlü fəaliyyətini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdı. Məlumdur ki, pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi oldu. Eyni zamanda Prezidentin göstərişi ilə bu istiqamətdə əməli addımlar atıldı. Bundan əlavə ölkəmiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında video-konfransı keçirilib. 2020-ci ilin dekabr ayında isə 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunub. Hər iki sessiyasında da bir sıra qərarlar qəbul olundu”.

Könül İsmayılova qeyd edib ki, Prezident İlham Əliyev Bakı konfransı zamanı pandemiyaya qarşı görülmüş tədbirlərin böyük səmərə verdiyini də vurğulayıb:

“Bu sahədə həyata keçirilən tədbirlərin gələcəkdə də faydalı olacağını bildirən İlham Əliyev ümumi səylərin birləşməsi nəticəsində hər hansı bir pandemiyaya qalib gəlməyin mümkünlüyünü önə çəkdi. Prezident qeyd etdi ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Prezident Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdiyini və bu vəsaitin yarısının Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrıldığını konfrans iştirakçılarının nəzərinə çatdırdı”.

pia.az 


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Bakı aeroportunda nə baş verib? - Jurnalistdən sensasion iddia

Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - Video

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” - Palma yağları...

Konfrans Liqası: “Rapid” – “Neftçi” matçında hesab açıldı - Yenilənir

Hafiz Hacıyev: “Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır”

Yaponiyadakı “Toyota” zavodunda koronavirusa görə istehsal dayandırıldı

Bakıda turizm şirkətinin müdiri ürəyindən bıçaqlandı

Məktəblərdə narkotik satışı ilə bağlı olan şikayətlərə niyə baxılmır və nazirlik niyə susur?..    

Avropanın ən əsəbi ölkəsi hansıdır? – Siyahı açıqlandı

Ən çox oxunanalar