Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qazının Avropaya çıxışını təmin edən layihə ilə bağlı vacib açıqlama

Azərbaycanın qazının Avropaya çıxışını təmin edən Trans Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı bazar testlərinin ilkin - məlumatdırma mərhələsinə start verilib.

Oxu.Az-ın məlumatına görə, TAP-ın İcraçı direktoru Luka Skyeppati bildirib ki, ilin əvvəlindən bu günə qədər TAP vasitəsilə iki milyard kubmetrdən çox qaz nəqli baş tutub.

Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi prosesi potensial tələb və təkliflərə əsasən bir neçə mərhələdə həyata keçirilə bilər.

TAP-ın ticarət üzrə koordinatoru Mariya Savova isə əlavə edib ki, boru xəttinin genişləndirilməsi üçün üç mümkün ssenari planlaşdırılır.

Belə ki, TAP-ın mərhələli şəkildə ildə 14,4 milyard kubmetrə qədər məhdud, 17,1 milyard kubmetrə qədər qismən və 20 milyard kubmetrə qədər isə tamamilə genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirməsi nəzərdə tutulub. Cari ilin iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək.

Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, “Snam S.p.A” 20 faiz, “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdirlər.

pia.az 


Etiket: TAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar