Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Qarabağdakı erməni silahlılarını legitim hədəf elan etməlidir” - Hərbi ekspert

Erməni hərbiçilərinin Qarabağa gətirilməsinə Azərbaycan niyə göz yumur?...

Hərbi-ekspert: “Azərbaycan bu məsələdə bir qədər daha sərt mövqe tutmalıdır”.

“Düşünmürəm ki, Qarabağda olan mülki əhali orada mövcud olan erməni silahlı bölmələrini komplektləşdirmək üçün yetərli olsun”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ermənistan ordusunun polkovniki Saak Saakyanın verdiyi son bəyanatı PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda artıq açıq şəkildə bildirirlər ki, onlar müqavilə xidmət edən hərbiçilərini Qarabağa göndərirlər. Son olaraq bu barədə Ermənistan ordusunun polkovniki Saak Saakyan bildirib. Bütün bu baş verənlər isə sülhməramlıların gözü qarşısında və onların razılığı ilə baş verir.

10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinin ErmənistanRusiya sülhməramlıları tərəfindən bu qədər kobudcasına pozulmasına Azərbaycan niyə göz yumur? Bəs niyə Azərbaycan həmin hərbiçilərə qarşı əməliyyat həyata keçirmir ki, problem birdəfəlik həll olunsun?

10 noyabr üçtərəfli bəyanatının həm Ermənistan, həm də Rusiya sülhməramlıları tərəfindən pozulmasının səbəblərini PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Birmənalı olaraq Qarabağda Ermənistandan olan və müqavilə ilə xidmət edənlərin sayı kifayət qədərdir”.

Azərbaycanın özünə qarşı təhdid törədən erməni silahlılarının legitim hədəf elan etməli olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bu baş verməyənə qədər Qarabağda ermənilərin Azərbaycana qarşı təhdid törətməsi hallarına, orada sülhməramlıların gözü qarşısında birgə bəyanatın şərtlərinin kobudcasına pozulması hallarına daim rast gələcəyik:

Ermənistan ordusunun polkovniki Saak Saakyan verdiyi bəyanatda vəziyyəti bir az fərqli şəkildə şərh edir. O deyir ki, biz Qarabağa bu dəfə də çağırışçıları göndərmədik. Qarabağda olan silahlı qüvvələr orada yaşayan əhalinin hesabına formalaşır.

Bütün bunlara baxmayaraq mən düşünmürəm ki, Qarabağda olan mülki əhali orada mövcud olan erməni silahlı bölmələrini komplektləşdirmək üçün yetərli olsun. Təbii ki, birmənalı olaraq Qarabağda Ermənistandan olan və müqavilə ilə xidmət edənlərin sayı kifayət qədərdir.

Azərbaycan bu məsələdə bir qədər daha sərt mövqe tutmalıdır. Bu məsələdə Rusiya sülhməramlıları funksional olaraq öz vəzifə borclarını artırmalıdır. Azərbaycan özünə qarşı təhdid törədən erməni silahlıları legitim hədəf elan etməlidir. Bu baş verməyənə qədər Qarabağda ermənilərin Azərbaycana qarşı təhdid törətməsi, orada sülhməramlıların gözü qarşısında birgə bəyanatın şərtlərinin kobudcasına pozulması hallarına daim rast gələcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar