Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan-Özbəkistan əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyun ayının 21-22-də Özbəkistana rəsmi səfəri iki dost ölkə arasında münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyması ilə müşayət olunur. Dövlət səfəri zamanı müzakirə olunan məsələlərin və bağlanan müqavilələrin böyük əhəmiyyəti vardır.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetiriblər. Səfər zamanı 19 sənəd imzalanıb Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə ediblər.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Artıq bu istiqamətdə işlərə başlanılıb.

. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür. Xatırladaq ki,1997-ci il iyunun 18-19-da Ulu Öndər Heydər Əliyev Özbəkistandaa rəsmi səfərdə olmuş, həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanmışdır. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Heydər Əliyev demişdir: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Prezident İlham Əliyevin Özbəkistana səfəri, Prezident Şavkat Mirziyoyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bu səfər əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.

Mayıl Əliyev - Nizami Rayon Ağsaqqallar Şurasının sədri

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - Yenilənib, Video

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Prezidentin səmimi davranışı gündəm oldu - Video

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - Yenilənib

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

FHN-in polkovniki bu qədər qadınla münasibətdə olub - Şok rəqəm

Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı...

Əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib

Ən çox oxunanalar