Bazar ertəsi, 06 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusuna çağırışçıların qəbulu davam edir - Video

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir...

MN-dən PİA.az-a verilən məlumata görə, xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar.

Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır.

Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.

 

pia.az


Etiket: ordu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb - Yenilənib

“Evin pərdəsini açıb-bağlayır, mənə işarə verirdi...” - Zaqatalada olay

Prokurorluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar əsasında tapıb

Beynəlxalq səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə olublar - Yenilənib

“Botoks vurduran kişilər “matışkə”dır” - Video

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi

"Elit star" Cəmilə həmkarlarını rüsvay etdi - Video

Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib - Yenilənib

İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”

Ən çox oxunanalar