Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan Ordusu Qaragöldən geri çəkilir – Erməni KİV

Ermənistan mediası Azərbaycan Ordusunun Qaragöldəki 12 mayda tutduqları mövqedən geri çəkiləcəyi haqda informasiya yayıb.

Bakupost.az xəbər verir ki, “Sputnik Ermənistan” bu gün 14:00-da davam edən danışıqların artıq başa çatdığını və Azərbaycan Ordusunun geriçəkilməsinin yaxın saatlarda başlayacağını bildirib.
Bundan öncə isə erməni deputat Naira Zöhrabyan açıqlama yaymışdı. O bildirmişdi ki, Azərbaycan tərəfi ilə müzakirələr başa çatıb və nəticə Ermənistanın xeyrinədir.

Bu məlumatı Gorus icmasının sədr müavini İrina Yolyan da təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Ordusu 12 və 13 may tarixlərində sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində xəritələr və GPS məlumatlarına əsasən 2-3 km irəliləyərək, Qaragölə tam nəzarəti bərpa etmişdilər. Lakin Ermənistan tərəfi bunu “sərhədlər daxilinə təcavüz” kimi qiymətləndirərək, dünyanın müxtəlif ölkələrinin rəhbərlərinin müzakirəsinə çıxardı.

Qaragölə Ermənistanın iddiası 80-ci illərdən genişlənib və əvvəlcə Qaragölün suyundan istifadəyə başlayan ermənilər daha sonra gölün 70 faizini sərhədləri daxilinə qatmaq istəyiblər. Hələ SSRİ zamanında azərbaycanlıların buna kəskin etiraz etdiyini görə sovet rəhbərliyi Qaragölü “İttifaq səviyyəli qoruq” elan edərək, ərazini gələcəyin mübahisə predmetinə çevirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Ən çox oxunanalar