Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusu alternativ Laçın dəhlizində keçid-buraxılış postları quracaq?

Avqustun 25-dən sonra Azərbaycan ordusu Ermənistan istiqamətindən Qarabağa bütün giriş-çıxışı öz nəzarəti altına alacaqmı?..

Hərbi-ekspert: “Yeni açılan yolun Ermənistandan Azərbaycana açılan hissəsində Müdafiə Nazirliyinin deyil, Dövlət Sərhəd Xidmətinin əsgərləri, bir də Dövlət Gömrük Komitəsinin əməkdaşları olacaq. Yerdə qalan məsələləri də Rusiya sülhməramlıları həyata keçirəcək”.

“Bu o demək deyil ki, Müdafiə Nazirliyi öz yaxasını kənara çəkir və nazirlik orada üzərinə düşən işləri görməyəcək. O yolda Müdafiə Nazirliyinin görməli olduğu xeyli işlər var”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Müdafiə nazirinin Laçın dəhlizindən istifadəsi üçün yeni çəkilən yolla bağlı verdiyi tapşırıqları PİA.az-a şərh edərkən qeyd edib.

Müdafiə naziri general polkovnik Zakir Həsənov Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.

Nazirin bu tapşırığına əsasən deyə bilərikmi ki, Üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi Azərbaycan ordusu alternativ Laçın dəhlizində keçid-buraxılış postları quracaq və avqustun 25-dən sonra Azərbaycan ordusu Ermənistan istiqamətindən Qarabağa bütün giriş-çıxışı öz nəzarəti altına alacaq? Ümumiyyətlə yeni Laçın dəhlizndə Azərbaycan ordusunun rolu necə görünür?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Yeni çəkilən yola Sərhəd Xidmətinin əsgər və zabitlərinin nəzarət etməsi tez bir zamanda baş tutacaq”.

Yeni yolda Müdafiə Nazirliyinin görməli olduğu xeyli işlərin olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, bununla bağlı da müdafiə naziri müvafiq birləşmə və hərbi hissə komandirlərinə tapşırıq kimi verib:

Ermənistan tərəfinin işlərindən asılı olaraq Laçın dəhlizi adı altında istifadə üçün yeni çəkilən yolun istifadəyə verilməsi gözlənilir. Bu yol da istifadəyə veriləndən sonra yolun Ermənistandan Azərbaycana açılan hissəsində Müdafiə Nazirliyinin deyil, Dövlət Sərhəd Xidmətinin əsgərləri, bir də Dövlət Gömrük Komitəsinin əməkdaşları olacaq. Yerdə qalan məsələləri də Rusiya sülhməramlıları həyata keçirəcək. Yəni Rusiya sülhməramlılarının vəzifəsi yoldan keçənlərin təhlükəsizliklərini təmin etməkdən ibarətdir.

Amma bu o demək deyil ki, Müdafiə Nazirliyi öz yaxasını kənara çəkir və nazirlik orada üzərinə düşən işləri görməyəcək. O yolda Müdafiə Nazirliyinin görməli olduğu xeyli işlər var. Bu işləri də Müdafiə Nazirliyi müvafiq birləşmə və hərbi hissə komandirlərinə tapşırıq kimi verdi. Onlar yeni çəkilən yolda bəzi işləri həyata keçirməlidir. Bu işlər də bunlardır:

1. Rusiya sülhməramlıları ilə birlikdə işləri koordinasiya etmək;

2. Kolonların gəlib-getməsinə nəzaərtin edilməsi;

3. Azərbaycan hərbçilərinin fəaliyyət dairəsində görülən işlərlə bağlı hər hansı əlavə gərginliyin və yaxud da problemin yaşanmaması və başqa məsələlər.

Yeni çəkilən yola Sərhəd Xidmətinin əsgər və zabitlərinin nəzarət etməsi tez bir zamanda baş tutacaq. Amma bir daha qeyd edim ki, hər şey erməni tərəfinin o biri tərəfdə görə biləcəyi işlərdən asılıdır. Hətta ölkə başçısı sonuncu çıxışında da dedi ki, orada 4 km qrunt yol var. Bu qrunt yolun çəkilməsini də Azərbaycandan xahiş ediblər. Azərbaycan da işin sürətlənməsi üçün razılıq verib. Yəni çəkiləcək yeni 8 km yolun 4 km-nin çəkilməsini də Azərbaycan öz üzərinə götürüb. Belə çıxır ki, 4 km yolu da ermənilər qısa müddətdə çəkməlidirlər.

Ermənistan ya bu yolun çəkilişini uzadacaq, ya da bu məsələ iki həftəyə bitməlidir. Yəni ayın 25-i maksimum sentyabrın 1-i bu məsələlər yekunlaşmalıdır ki, Rusiya sülhməramlıları təzə yola köçsünlər və yeni Laçın dəhlizi fəaliyyətə başlasın. Hazırda Laçında yaşayan ermənilərin isə oraya heç bir aidiyyəti yoxdur. Onlar 1992-ci ildə Laçın işğal olunandan sonra oraya köçüblər. Onların haraya köçməsi isə Ermənistan tərəfinin problemidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar