Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan nümayəndə heyəti NATO və BMT rəsmiləri ilə mina təhlükəsini müzakirə edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Samir Poladov, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzindən Sultan Hacıyev, Xarici İşlər Nazirliyindən isə Cəfər Hüseynzadə və Vüqar Qurbanovun iştirakı ilə Azərbaycan nümayəndə heyəti iyunun 20-24-də Belçika və İsveçrəyə işgüzar səfər edib.

PİA.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropa İttifaqının bir sıra qurumları və Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri, Belçika Krallığı və İsveçrənin rəsmiləri, NATOBMT-nin aidiyyəti qurumları ilə silsilə görüşləri keçirilib.

Görüşlərin başlıca məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan humanitar mina problemi və onun bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ölkədə minatəmizləmə sahəsində aparılan genişmiqyaslı fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat vermək, mövcud və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparmaqdan ibarət olub.

Avropa İttifaqının institutları və Aİ üzv dövlətlərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. Görüşlərdə mina və partlamamış hərbi sursatlarla kütləvi şəkildə çirklənmiş ərazilərin təmizlənməsi orada aparılan yenidənqurma və bərpa işləri, regionda sabitlik və davamlı sülhün təmini prizmasından qiymətləndirilib, beynəlxalq resursların cəlb olunmasının önəmi və əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Nümayəndə heyəti Brüsseldə yerləşən “Sustainable Value Hub” platformasının təşkilatçılığı ilə Avropa Parlamentində “Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac” mövzusunda keçirilmiş tədbirdə iştirak edib. ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov tədbirdə təqdimatla çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina problemi, onun təsirləri, mina qurbanları, Azərbaycan hökuməti tərəfindən görülən işlər, məsələ üzrə beynəlxalq əməkdaşlıq və dəstəyin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb.

Səfər çərçivəsində NATO-nun aidiyyəti qurumları ilə keçirilən görüşlər zamanı ANAMA ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın mina və partlamamış hərbi sursatların təmizlənməsi sahəsində fəallığı və təcrübəsi təqdir olunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib. Görüşlər zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra üz-üzə qaldığı ciddi mina təhdidi və bu təhdidə beynəlxalq ictimaiyyət tərəfindən yetərli diqqət ayrılmasının zəruriliyi və önəmi vurğulanıb.

Nümayəndə heyəti səfər zamanı Cenevrədə keçirilmiş Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatların toplanılması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Ottava Konvensiyasının sessiyalararası iclasında, habelə BMT nin Mina Təmizləmə Xidməti (UNMAS) tərəfindən təşkil edilmiş Milli Mina Təmizləmə Agentliklərinin rəhbərlərinin və BMT müşavirlərinin 25-ci Beynəlxalq iclasında iştirak və çıxış edib. Tədbirlərə Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən yerli podratçı şirkətlərinin nümayəndələri də qatılıb. Cenevrə səfəri çərçivəsində nümayəndə heyətinin BMT-nin aidiyyəti qurumları və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri keçirilib, Azərbaycanın mina problemi barədə ətraflı məlumat verilib, mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar