Çərşənbə axşamı, 31 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-i təkzib edib

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur...

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.

Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR.

Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

Xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - Video

Nazirlik daha bir ofis icarəyə götürdü - Bu dəfə 1 milyon manata...

İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi - Video

Qırılma nöqtəsi - Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsi hansı anlama gəlir...

Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -  Yenilənib

Netanyahu: “Çoxları İranın əsl üzünü gördü”

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

Ən çox oxunanalar