Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “möcüzəsi”: Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

PİA.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Sonbahar” MMC (VÖEN- 8700137111) olub.

Xəstəxana kotirovka sorğusunu oktyabr ayının 1-də elan edib. "Sonbahar” MMC isə cəmi bir gün əvvəl - 29.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə tədbirlərin təşkili və keçirilməsini həyata keçirəcək və bu iş üçün 7 min 6 manat alacaq.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanından bir gün əvvəl yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.

Ötən ay Respublika Cüzəm Xəstəxanasının keçirdiyi tender müsabiqəsində (kotirovka sorğusu) "Lena” MMC (VÖEN-1307364501) qalib olub.

Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. "Lena” MMC də eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar