Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan millisi Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

PİA.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olublar. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutublar.

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Həbs edilən deputat vergi işçisini də döyübmüş

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Aqil M.Quliyev 43 kiloqram arıqlayıb belə oldu - Foto

Rövşən Əkbərovun oğlunun obyektində fəhlə kimi işlədilən əsgər necə ölüb?

Türkiyə bayrağını yanğından qoruyan azərbaycanlı əslində kimdir? – Video

Vətən müharibəsinin baş planı: Əliyevin boyük Azərbaycanı!

“Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq”

Ən çox oxunanalar