Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Türkiyədə kifayət qədər media qurumumuz fəaliyyət göstərdiyi halda FHN qardaş ölkəyə niyə jurnalist aparmalıdır?..

Media eksperti: “Türkiyədə Azərbaycanın xüsusi müxbir məntəqələri var. Arzuolunan o idi ki, onların işi aktiv, çevik olsun. Xüsusilə televiziyalar hadisə yerindən canlı bağlantılar verməklə, birbaşa oradan reportajlar hazırlamaqla o mühiti verməli idi”.

“Türkiyədə, Antalyada, xüsusilə istirahət zonalarında Azərbaycan vətəndaşlarının sayı kifayət qədər çoxdur. Orada çalışanlarımız da var. Onların təhlükədən qorunması da maraqlı nüansdır. Bunula bağlı da materiallar hazırlayıb vermək olardı”.

Bu sözləri media eksperti Qulu Məhərrəmli Türkiyə baş verən yanğını bizim medianı canlı göstərə bilməmə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyədə olan yanğınlar Azərbaycan mətbuatının bir ayıbını da ortaya qoydu. Azərbaycanın aparıcı medialarının və telekanallarının Türkiyədə akkreditasiya olunmuş nümayəndələri olmasına baxmayaraq, onlar bu neçə gündə hadisə yerindən bir reportaj belə hazırlamadılar. Azərbaycanda əsasən Türkiyə mediasının məlumatları yayımlandı. Nəhayət FHN-nin özüylə Türkiyəyə jurnalist aparandan sonra ölkəmizə yerli mətbuatın məlumatları daxil olmağa başladı. Bilirik ki, Azərbaycanın aparıcı medialarının və telekanallarının xaricdəki nümayəndəlikələri üçün külli miqdarda vəsait sərf olunur. Amma buna baxmayaraq, onların fəaliyyəti heç hiss olunmur.

Qeyd edək ki, Azərbaycanın aparıcı media qurumlarının və telekanallarının Türkiyədəki nümayəndəliklərinə kifayət qədər böyük pullar sərf olunur. Onların arasında AzərTAC, AzTv, İctimai TV, Trend, APA kimi dövlətdən maliyyələşən iri media qurumları var. Diqqət çəkən məsələlərdən biri də odur ki, bu günə qədər ölkəmizin Türkiyədə və ümumiyyətlə xaricdə fəaliyyət göstərən çoxsaylı media nümayəndəliklərinin operativ və peşəkar reportajları və sujetləri ilə rastlaşmamışıq. Sual olunur, Azərbaycanın xaricdəki media nümayəndəlikləri nə işlə məşğuldurlar? Bəlkə onları ora istirahətə yollayıblar?

Çox təəssüflə qeyd etməliyik ki, bu həqiqətən də belədir. Dövlətdən hər ay pul alaraq Azərbaycan mediasını xaricdəki təmsilçilərinin fəaliyyətlərinin böyük hissəsini məhz istirahət etməklə keçirirlər. Çünki çoxdan yaranmış ənənəyə uyğun olaraq media qurumlarının rəhbərləri xaricdəki təmsilçiliklərinə peşəkar jurnalistləri deyil, ya öz qohumlarını, ya da yüksək çinli məmurların qohumlarını yollayırlar. Onalrın işi isə təbii ki, peşəkar səviyyədə öz vəzifələrini yerinə yetirmək deyil, sadəcə gəzib tozlanmaqdan ibarət olur.

Xüsusi olaraq xatırlatmaq istərik ki, bu ənənə Ramiz Mehdiyev və Əli Həsənovun zamanında yaranıb. Bəs indi, aradan bir neçə il keçdikdən sonra bu ənənənin ortadan qaldırılması doğru olmazmı? Axı 44 günlük Vətən müharibəsi və ondan sonra da biz Azərbaycan mediasını xaricdəki təmsilçilərinin heç bir fəaliyyətini müşahidə eləmədik?..

Bir daha sual edirik, Türkiyədə kifayət qədər media qurumumuz fəaliyyət göstərdiyi halda FHN ölkədən niyə jurnalist aparmalıdır? Ordakı media təmsilçiləri FHN Türkiyəyə getməmişdən daha əvvəl hadisə yerində olmalı və canlı reportajlar təqdim etməli deyildilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı media eksperti Qulu Məhərrəmli ilə müzakirə edib.

Qulu Məhərrəmli: “Əlbəttə ki, çatışmamazlıqları aradan qaldıra bilsəydik daha yaxşı, daha ürəklə danışa bilərdik”.

Bütün hallarda konkret hadisələrin işıqlandırılmasında operativliyin böyük rol oynadığını qeyd edən və keyfiyyət məsələsinə gəlib çatanda əksiklərimizin üzə çıxdığını vurğulayan ekspert PİA.az-a bildirib ki, doğrudan da Türkiyədəki media təmsilçilərimiz operativ çalımadılar. Halbuki yanğın faciəsinin başlanğıcından biz yerlərdən canlı bağlantıları, canlı reportajları təqdim edə bilər, hətta dünya mediasının da diqqət mərkəzinə düşə bilərdik:

“Türkiyədə baş verən böyük meşə yanğınlarını Azərbaycan mətbuatı pis işıqlandırmadı. Yanğınla bağlı televiziyalar, qəzetlər, saytlar davamlı məlumatlar dərc etdilər və ictimaiyyəti məlumatlandırdılar. Televizorlarda xəbər proqramları yanğının səbəbləri barədə mülahizələrə xüsusi yer verdilər. Düşürəm ki, qardaş Türkiyədə baş verən ekoloji terror proqramlarında da geniş yer aldı.

Amma dediyiniz seqment çatmır. Bütün hallarda konkret hadisələrin işıqlandırılmasında operativliyin böyük rol oynayır. Təəssüf ki, keyfiyyət məsələsinə gəlib çatanda əksiklərimiz üzə çıxır. Halbuki yanğın faciəsinin başlanğıcından biz yerlərdən canlı bağlantıları, canlı reportajları təqdim edə bilər, hətta dünya mediasının da diqqət mərkəzinə düşə bilərdik. Bununla bağlı təssüf ki, müəyyən axsaqlıqlar var və bu diqqətə alınmalıdır. Türkiyədə Azərbaycanın xüsusi müxbir məntəqələri var. Arzuolunan o idi ki, onların işi aktiv, operativ və çevik olsun. Xüsusilə televiziyalar hadisə yerindən canlı bağlantılar verməklə, birbaşa yanğın olan ərazilərdən reportajlar hazırlamaqla o mühiti, insanların və təbiətin yaşadığı faciəni daha obyektiv çatdırmağa çalışmalı idi.

Qulu Məhərrəmli: “Azərbaycan mediasının çatışmayan cəhəti belə hadisələr zamanı çox qabarıq görünür”.

Nəzərə almaq lazımdır ki, Türkiyədə, Antalyada, xüsusilə istirahət zonalarında Azərbaycan vətəndaşlarının sayı kifayət qədər çoxdur. Orada çalışanlarımız da var. Onların təhlükədən qorunması da maraqlı nüansdır. Onlarla hazırlananan reportajlar da cəmiyyəimiz tərəfindən maraqla qarşılanardı. Amma bu işlərin heç bir olmadı. Biz buna təəsüf edirik. Azərbaycan mediasının çatışmayan cəhəti belə hadisələr zamanı çox qabarıq görünür.

Ümumiyyətlə Azərbaycan xaqlı qardaş ölkədə baş verən yanğınla bağlı narahatlıqlarını ifadə edib. Media da bunu geniş işıqlandırıb. Bu gün Türkiyənin həm mediası, həm də sosial şəbəkələri azərbaycanlıların yanğına köməyinə çox məhəbbətlə, sevgi ilə yanaşır. Əlbəttə ki, çatışmamazlıqları aradan qaldıra bilsəydik, daha yaxşı, daha ürəkli danışa bilərdik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

“Bilirəm kimlər fəxri adları pulla alıb...” – Əli Mirəliyev

Kriminal dünyada yeni savaş: “Lotu Quli”nin qisası alınır?

8 günə 50 min almanı öldürən müttəfiqlər – II dünya müharibəsinin daha bir qanlı səhifəsi

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Ən çox oxunanalar