Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə “qartallar”, ikisində “ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə “Neftçi” üstündür - 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.

Digər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında “köhlən atlar”, ikisində “qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir - 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi

İlk oyunlar
8 dekabr

18:00. “Zirə”-“Neftçi”
“Zirə” İK stadionu

20:30. “Qarabağ”-“Qəbələ
“Azersun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar