Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan istifadəçiləri 2024-cü ilədək 25 Mbit/s sürətə malik internetlə təmin olunacaq - Foto

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Koreya tərəfindən onlayn formatda təşkil olunmuş “İKT üzrə Nazirlər Toplantısı 2021”də iştirak edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, R. Rüstəmov tədbir çərçivəsində keçirilən “Broadband connectivity” (Genişzolaqlı bağlantı) sessiyasında əsas spiker qismində çıxış edib.

Nazir müavini çıxışında dünyada və Azərbaycanda bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkədə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib.

O, statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin təxminən 85%-i internetdən istifadə edir.

“Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 Mbit/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”, - deyə nazir müavini vurğulayıb.

R. Rüstəmov əlavə edib ki, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığıdır və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk.

Nazir müavini çıxışının sonunda rəqəmsal transformasiyanın ölkəmizdə prioritet olduğunu qeyd edərək bu prosesin həyata keçirilməsində müasir İKT infrastrukturunun mövcudluğunun əhəmiyyəti barədə danışıb.

Tədbir çərçivəsində “Asiyanın inklüziv əlaqəliliyi və ortaq rifahı üçün Seul Bəyannaməsi” qəbul edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar