Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan iqtisadiyyatının işsizlik problemi – zavod açıb işsizliyi azaltmaq mümkündürmü?!

Ölkədə işsizliyin mövcud vəziyyətindən irəli gələn məsələlər yenə gündəmin müzakirə mövzusuna çevrilir...

Gündəm dedikdə də təbii ki rəsmi açıqlamalarda (Parlament deputatlarının) vurğulanan məqamları nəzərdə tuturam. Yoxsa, 7-dən 77-yə hər birimizə gün kimi aydındır ki, milli iqtisadiyyatın təşəkkül tapdığı bu azsaylı on illikdə iqtisadiyyatın ən qabaqcıl problemi və əhalinin ən çox qayğılandığı mövzu məhz əmək bazarının vəziyyəti, məşğulluq və işsizlikdir.

Rəsmi statistika uzun illər Azərbaycanda işsizlik səviyyəsinin 5% ətrafında olduğunu əks etdirib. Bu rəqəmdən şübhələnmək üçün əsaslı müddəalardan biri isə “Məşğulluq haqqında” AR-sı qanunun 4-cü maddəsindən (Məşğul şəxslər) irəli gələn məqamlardır (tələbə, hərbiçi, torpaq sahibinin məşğul şəxs hesab olunması). Fundamental səbəblərdən əlavə, məşğul şəxslərə dair detallı statistika (muzdlu işçilər və əməkhaqqı kartlarının sayı) da əmək bazarında məşğulluğun durumunu təsvir etməyə kömək edir. Digər maraqlı statistika kimi, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz statusu verilmiş şəxslərin sayına dair statistikanın son 2 ildə (2020-2021) açıqlanmaması da buna dair şübhələrə bir qədər də əsas verən amillərdəndir.

İstər işsizlik, istərsə də ümumi sosial durumun yaxşılaşdırılması üçün çıxış yolu kimi isə diqqətin regionlara artırılması, bölgələrdə iş yerlərinin açılmasına dair fikirlər ifadə olunur.

Yaxşı təkliflərdir, hamımız rayonlarda iş yerlərinin yaradılmasının tərəfdarıyıq. Bu baş versə nələr olmaz, nələr?!

Ancaq niyə olmur? Nədir mane olan?

Uzun illər, xüsusilə də regionlaşdırma strategiyasının (Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları) icrası zamanı geniş vüsət alan tendensiyalardan biri də bölgələrdə zavod, fabriklərin açılması idi. Ancaq, müəyyən müddətdən sonra açılan zavodlar arzuolunan (və ya vəd olunan) verimlilik əvəzinə ya üç-beş nəfərin bataqlıqda tutunduğu budaq xarakteri daşıyırdı, ya da iri bir qıfılla kitab-dəftəri birdəfəlik bağlanırdı.

Səbəblərdən bir neçəsi ondan ibarətdir ki, əvvəla Azərbaycanda, xüsusilə də bölgələrdə iş yeri yaratmaq hələ də sovet tipli yanaşmalara əsaslanır:

– Bazar iqtisadiyyatının başlıca şərti tələbdir, düzgün müəyyən olunmazsa ağzınla quş da tutsan, xeyri yoxdur. Yəni, məsələn, sən ən ideal ev telefonunu ixtira edə bilərsən – super səs ötürücülükdən əlavə, görkəmi və dözümlülüyü də mükəmməl ola bilər – ancaq, smartfon əsrində bu məhsul nə qədər tələb yarada bilər?! Zənnimcə, Azərbaycanda da tələblə, onun müəyyən olunması ilə bağlı problemlər var. Məsələn, 10 il əvvəl ölkənin 3 müxtəlif bölgəsində (Gəncə, Şamaxı və Naxçıvan) avtomobil zavodu fəaliyyət göstərdiyi halda, kibrit və kağız kimi daimi alınan məhsullar istehsalı ilə məşğul olan zavod, fabrik, hətta kombinat belə mövcud deyildi.

– İstehsal subyektinə yanaşma tərzi dəyişməlidir. Bu günün müəssisəsi təkcə bazara məhsul çıxarmaqla deyil, həm də öz maliyyəsini təmin etməlidir. Məhz 10 illikdə yaradılan istehsal obyektlərinin uğursuzluğunun bir səbəbi də dövlət maliyyəsi əsasında açılması idi. Sovet təcrübəsi də sübut edir ki, dövlət büdcəsində maliyyələşmə arxayınlıq imuniteti yaradaraq, həm də rüşvətə, “kölgə” fəaliyyətə səbəb olur. Bu üzdən, inkişaf etmiş kapitalist ölkələrdə firmalar öz maliyyəsini qiymətli kağızlar dövriyyəyə buraxmaqla həyata keçirir. Bu həm onların vəsaitlərini diqqətlə idarə etmələri, həm də fond-kapital bazarında çeşidlərin artmasına səbəb olur. Beləliklə, investor bahalı bank kreditlərindən fərqli olaraq, daha aşağı faizli ictimai bazardan borclanır. Bundan əlavə, hər hansı şəxs səhm almaqla firmada pay statusu, həmçinin onun fəaliyyətinə yön vermək və qazancından faydalanmaq hüququ əldə edir.

Əlavə olaraq, təhsilin də bir sıra cəhətləri bu günki əmək bazarında önəmli təsir göstərir – standart metodika, tədrisin mütəxəssis yox, sıradan şəxs tərəfindən tədrisi, “diplom”lu gəncin təklif olunan işi bəyənməməsi və s.-ləri sadalamaq olar. Bunun üzərinə, başlanğıc üçün nəzərdə tutulan əməkhaqqının aşağı səviyyəsi də kadrları stimullaşdıra bilmir ki, bu da yekunda potensiallı fərdlərin ölkədən xaricə üz tutmasına səbəb olur. Xüsusən səhiyyə kimi sektorda orta aylıq əməkhaqqının aşağı səviyyəsi buna dair qeyd oluna biləcək tutarlı faktlardandır.

Bazar iqtisadiyyatında axınlar qaydalar əsasında formalaşır. Əmək meydanı da özlüyündə bir bazar olduğundan burada da qaydalar tələb və təklif əsasında formalaşır. Hər iki tərəf çevik olmalıdır. Biri digərini tamamlamadıqda ya zavod açıldığı kimi bağlanır, ya da istehsal bir neçə nəfərin günü-günə ötürmək məşğuliyyətinə çevrilir.

Pünhan Musayev, iqtisadçı

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar