Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan həqiqətləri Davosda

Prezident İlham Əliyev Davosda çıxış edərək Azərbaycanın qonşuları ilə münasibətlərindən söhbət açıb...

Xəbər verildiyi kimi, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (WEF - World Economic Forum) 53-cü iclası keçirilib. İclasın açılışında Forumun təsisçisi Klaus Şvab çıxış edərək tədbirin maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini bəyan edib. Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.
Açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə “Kristal” mükafatları təqdim olunub. Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları iştirak edib.
Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası keçirilib. Böyük əhəmiyyətə malik bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev iclasda çıxış edib, Orta Dəhlizin üstünlüklərindən danışıb.

Dövlət başçısı Azərbaycanın qonşuları ilə münasibətlərindən söhbət açaraq “Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq”, - deyə fikrini davam edib.

Prezident Azərbaycanın bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu vurğulayaraq, yükaşırma qabiliyyətinin 15 milyon ton olan dəniz limanın 25 milyon tona qədər genişlənəcəyini və artıq bunun üçün vəsaitin ayrıldığını bildirib: “Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur...Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur”.

Azərbaycanın regionda ikitərfli və üçtərfli əlaqələrindən danışan Prezident İlham Əliyev deyib ki, qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir: “Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub”.

İclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mövzu ilə bağlı fikirlərini bildirib: “Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik”.

Davosda qlobal risk və sistemik səhvlərin araşdırıldığı panellərdə, həll yolları da araşdırılıb. Təkliflər daha çox təşkiledici və nəzarətedici tədbir ehtiva edir. Davos Forumunun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.

Foruma qatılan nəhəng şirkətlərin İdarə heyətinin rəhbərləri, təsisçilər, qlobal səviyyədə həmrəyliyin başladığı mövzusunda həmfikirdilər. Araşdırmalara görə inkişaf etməkdə olan ölkələrdə daha sürətli bir yaxşılaşma olarkən, inkişaf etmiş ölkələrin CEO-ləri daha təmkinli görünürlər. Davos Forumunda nəhəng şirkətlərin rəhbərləri qlobal bahalaşmadan çıxışın yollarını müzakirə ediblər.
Son 20 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı təmin edilib. Azərbaycan öz tərəfdaşları ilə birgə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Azərbaycanın ehtiyatları təsdiq olunmuş qaz yataqlarının kifayət qədər çoxdur. Hazırda Azərbaycanın neft və qazı müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün beynəlxalq boru kəmərləri infrastrukturu yaradılıb. Cənab Prezident Davosda bildirib ki, 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Azərbaycan, xüsusən ötən ildən qaz ixracını daha da sürətlə şaxələndirməyə başlayıb.

Gülzar İbrahimova - Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar