Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan FHN-in qüvvələri Kəmərköy və Yeniköy İES-ləri mühafizəyə götürüb - Video, Foto

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb.

Bu barədə FHN-dən PİA.az-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub. Bununla əlaqədar Azərbaycan Respublikası FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.

Qeyd edilib ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini, general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar