Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan ərazisinə getmək üçün sülhməramlılardan niyə icazə alınmalıdır? - Könül İsmayılovadan şərh

Mariya Zaxarova: “Xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, missiyaların, sülhməramlı əməliyyatların keçirildiyi ərazilərə səfər etmə qaydasını Rusiya sülhməramlı kontingentinin komandanlığı müəyyən edir”.

Müasir Müsavat Partiyasının sədr müavini: “İndi Rusiya Qarabağa getmək üçün onlardan icazə alınmalı olduğunu deyir. Bu haradan çıxdı? Bəlkə, bu da 10 noyabr bəyanatında vardı, biz bilmirdik?”.

“Əgər Qarabağa kimlərin gəlib getməyindən bizim əsgərlərin, sərhəd qoşunların xəbəri olmayacaqsa, onda onlar orada niyə dayanıb?”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sülhməramlılarla bağlı son açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülhməramlı kontingentin nəzarəti altında altında olan Azərbaycan ərazilərinə edilən səfərlər barəsində danışıb. Zaxarova sülhməramlıların 10 noyabr üçtərəfli atəşkəs bəyanatı ilə həmin ərazilərə yerləşdirildiyini bildirib.

Onun sözlərinə görə, bu bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Onlar Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin, yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinə təminat verir:

“Xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, missiyaların, sülhməramlı əməliyyatların keçirildiyi ərazilərə səfər etmə qaydasını Rusiya sülhməramlı kontingentinin komandanlığı müəyyən edir. Bu prosedur həm Azərbaycan, həm də Ermənistan tərəfinə yaxşı məlumdur. Xüsusilə, Rusiya sülhməramlılarının bu cür səfərlər barədə əvvəlcədən və lazımi qaydada məlumatlandırılması təmin edilir. Bu, bizim əsas yanaşmamızdır”.

Bəs Azərbaycanın torpaqlarına kimlərin keçib-keçməməsinə sülməramlılar niyə qərar verməlidirlər?

Zaxarovanın bu fikirlərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Azərbaycanın qələbəsinə kölgə salaraq Fransadan və başqa yerlərdən kimlərsə Qarabağa istədikləri vaxt, Azərbaycanın xəbəri olmadan gəlib-gedəcəklərsə, bu qəbuledilməzdir”.

Qarabağa gedən olanlara Rusiya sülhməramlılarının göz yumduğunu vurğulayan Könül İsmayılova bildirib ki, biz də onların bu hərəkətlərinə qarşı etiraz edəndə həmin dəqiqə onlar da etirazlarını bildirirlər. Görünür elə baş verən təxribatları da sülhməramlıların özləri yaradır:

“Aydındır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülhməramlıların nəzarətindəki əraziyə səfər qaydasını komandanlıq müəyyən edir deməklə 10 noyabr bəyannaməsini nəzərdə tutur. Bildiyimiz kimi 10 noyabr bəyannaməsinə görə rus sülhməramlıları Qarabağa yerləşdi. Amma onlar elə ilk gündən özlərini sülhməramlı kimi yox, ev sahibi kimi aparırlar.

Qarabağ bizim ərazidir və Azərbaycanın icazəsi olmadan heç bir kəs oraya gedə bilməz. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da Xankəndinə gəlmək üçün Azərbaycandan icazə almalıdır. Əgər Qarabağa kimlərin gəlib getməyindən bizim əsgərlərin, sərhəd qoşunların xəbəri olmayacaqsa, onda onlar orada niyə dayanıb? Rusiya sülhməramlıları Qarabağa kimlərinsə gəlməsinə icazə verəcək, bizimkilər də sakit qalıb baxacaqlar?

Əslində Rusiya sülhməramlıları azərbaycanlılardan icazə almalıdırlar ki, kimlərsə Qarabağa keçmək istəyir icazə verirsiniz, yoxsa vermirsiniz. Sülhməramlılar orada gəlib-gedənləri keçirmək üçün dayanmayıblar. Onlar orada sülh yaratmaq üçün dayanıblar. Eyni zamanda sülhməramlılar oraya ona görə yerləşiblər ki, AzərbaycanErmənistan sərhəddində təxribatlar baş verməsin. Amma buna baxmayaraq təxribatların ardı-arası kəsilmir.

Könül İsmayılova: “Sülhməramlılar orada gəlib-gedənləri keçirmək üçün dayanmayıblar. Onlar orada sülh yaratmaq üçün dayanıblar”.

Artıq hamıya məlumdur ki, Qarabağa gedən olanlara Rusiya sülhməramlıları göz yumur. Biz də onların bu hərəkətlərinə qarşı etiraz edəndə həmin dəqiqə onlar da etirazlarını bildirirlər. Görünür elə baş verən təxribatları da sülhməramlıların özləri yaradır. Sülhməramlılar öz öhdəliklərini yerinə yetirsə, yaxşı olar. Onlar öz öhdəliklərini yerinə yetirsə, Azərbaycan qalib ölkə olaraq şəhid verməz.

Azərbaycanın qələbəsinə kölgə salaraq Fransadan və başqa yerlərdən kimlərsə Qarabağa istədikləri vaxt, Azərbaycanın xəbəri olmadan gəlib-gedəcəklərsə, bu qəbuledilməzdir. İndi Rusiya Qarabağa getmək üçün onlardan icazə alınmalı olduğunu deyir. Bu haradan çıxdı? Bəlkə, bu da 10 noyabr bəyanatında vardı, biz bilmirdik? Bütün bu vəziyyətə son qoyulmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

“AZAL ziyanla işləsə də, “Canik”in Qara dəniz sahillərində otelləri, Türkiyədə mülkləri...” 

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Prezident bu nazirliyin səlahiyyətlərini artırdı - Fərman

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir keçirilib

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

Ən çox oxunanalar