Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır

Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər ölkəmizin enerjiyə olan tələbatını ödəməklə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da artırıb. Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı bunun parlaq nümunəsidir.

Sərginin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, ötən əsrin sonunda mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin təlabatlarını təmin etdik. Eyni zamanda biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bununla da Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Azərbaycanın ilkin mərhələdə başladığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti, hazırkı durum və yeni zamanın tələbi olan alternativ enerjidən istifadə ilə bağlı Azərbaycanın gördüyü işləri, eləcə də hədəflərini açıqlayıb. Qeyd edilib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq.
Hazırda dünyada yaşanan hadisələrlə bağlı Azərbaycan qazına olan tələbat sürətlə artır. Ölkəmiz hasilatın artırılması istiqamətində işlər görür. Bunun üçün ənənəvi tərəfdaşlar və sərmayədarlarla danışıqlar aparılmalı, müqavilələr bağlanmalıdır.

ABŞ dövlət başçısı Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda da Azərbaycanın bu sahədə xüsusi rolu qeyd olunub. Məktubda bildirilib ki, “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir”.

Çıxışında görülən işləri ətraflı təhlil edən cənab Prezident qeyd edib ki, “biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz boru kəməri və TANAP sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq”.

Yenilənən enerji və bu sahədə görülən işləri diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir”.

Azərbaycan həmişə olduğu kimi, enerji təminatında da müəyyən etdiyi bütün hədəflərə çatacaq və beləliklə də dünya dövlətləri sırasında nüfuzunu və rolunu daha da artıracaq.

Svetlana Bağırova,
“Yeni Tərtər” qəzetinin baş redaktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar