Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək –Detallar

Bunu Mərkəzin direktoru Fariz Cəfərov deyib

“2020-2025-ci illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi hazırkı “one stop shop” modelindən yeni “non-stop shop” elektron hökumət modelinə keçməyi planlaşdırır”.

Onun sözlərinə görə, bu modelin xüsusiyyəti ondan ibarətdir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid bazasında fasiləsiz olaraq göstəriləcək.

Mərkəzin cari işlərindən danışan F.Cəfərov qeyd edib ki, 400-dən çox xidməti birləşdirən e-hökumət portalı müxtəlif altsistemlərdən ibarət vahid sistemdir.

Mərkəzin direktoru bildirib ki, rəqəmsallaşma və sənədlərin portalın məlumat bazasına keçirilməsi üçün böyük iş görülüb: “Artıq xidmətlərin vətəndaşların müraciəti olmadan göstərilməsi müddəti başlayıb. Məsələn, uşaq doğularkən dövlət vətəndaşa doğum haqqında şəhadətnamənin alınmasının lazım olduğu barədə bildiriş göndərəcək. Sistem yeni doğulan körpənin qeydiyyatını keçirməyə imkan verəcək və doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək. Bundan başqa, pasport və digər sənədlərin etibarlılıq müddəti bitdikdə vətəndaşlara bu barədə bildiriş gələcək”.

F.Cəfərov həmçinin portala inteqrə olunacaq sistemlərdən də danışıb:

“AsanFinans” müştərilərin bank əməliyyatlarını sürətlə həyata keçirəcək, eləcə də fərdi eyniləşdirmə nömrəsi ilə elektron formada sənədləri təqdim edəcək internet bankçılıq xidmətidir. Hazırda banklar və bank olmayan kredit təşkilatları da daxil olmaqla 20-dən çox şirkət sistemə qoşulub”.

Onun sözlərinə görə, “AsanLogin” unikal layihəsinin xüsusiyyəti ondan ibarətdir ki, bu portalda qeydiyyat zamanı bütün portallara giriş əldə etmək olur.(Trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

BDU-da baş verən qanlı insidentlə bağlı ilginc təfərrüat

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

Ən çox oxunanalar