Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar.

Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmalarını diləyib. Eyni zamanda, vitse-prezident bildirib ki, idmançılar turnirə çox ciddi hazırlaşıblar, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak ediblər.

Yarışda Azərbaycanı 8 cüdoçu təmsil edəcək. Mundialda baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatı 10 - 14 avqustda təşkil olunacaq. Azərbaycan millisi avqustun 7-də Ekvadora yola düşəcək. Cüdoçular 10 - 13 avqustda fərdi yarışlarda iştirak edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar